Menu
Xəbər Lenti
Nazir görüş keçirdi
Bugün, 10:03

Nazir görüş keçirdi

Xəzərdə zəlzələ oldu
24-09-2026, 10:53

Xəzərdə zəlzələ oldu

29 Eyl 10:03Manşet / Gündəm

Nazir görüş keçirdi

 

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “Cisco” şirkətinin Avropa, Yaxın Şərq və Afrika regionu üzrə Müştəri Təcrübəsi istiqamətinin baş vitse-prezidenti və baş direktoru Adel Trombetta ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, görüşdə Azərbaycanın rəqəmsal transformasiya və süni intellekt sahəsində prioritetləri, telekommunikasiya infrastrukturunun modernləşdirilməsi, məlumat mərkəzləri və “Hökumət buludu”nun inkişafı, kibertəhlükəsizlik və innovasiya sahələrində əməkdaşlıq imkanları müzakirə olunub.

Həmçinin birgə tədqiqat və innovasiya layihələrinin həyata keçirilməsi, regional mərkəzin, o cümlədən “Cisco” akademiyasının yaradılması imkanları və rəqəmsal bacarıqlara malik mütəxəssislərin hazırlanması istiqamətində fikir mübadiləsi aparılıb.