Menu
Xəbər Lenti
4 yolda sıxlıq var
Dün, 08:23

4 yolda sıxlıq var

Vens İsveçrədədir
21-06-2026, 09:32

Vens İsveçrədədir

Bu gün imtahan var
21-06-2026, 09:21

Bu gün imtahan var

“Azeri Light” bahalaşdı
20-06-2026, 10:30

“Azeri Light” bahalaşdı

Xankəndiyə qayıdırlar
19-06-2026, 09:04

Xankəndiyə qayıdırlar

08 Nis 13:31Manşet / Gündəm / Siyasət

Rəşad Nəbiyev İsrailin elm və texnologiya naziri ilə görüşdü

Rəşad Nəbiyev İsrailin elm və texnologiya naziri ilə görüşdü (FOTO)

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev İsrailə işgüzar səfəri çərçivəsində innovasiya, elm və texnologiya naziri Qila Qamliel ilə görüş keçirib.
Görüş zamanı iki ölkə arasında innovasiya, süni intellekt, kibertəhlükəsizlik, kosmos sahələrində əməkdaşlıq və qanunvericilik bazasının təkmilləşdirilməsi məsələləri müzakirə olunub.
Nazir Rəşad Nəbiyev İsrailin texnoloji şirkətlərini Azərbaycanda ofislər açmağa, biliyə əsaslanan istehsal müəssisələri, İT tədris mərkəzləri və yüksək texnologiyalar sahəsində Mükəmməllik Mərkəzi yaratmağa dəvət edib.
Görüşün nəticəsi olaraq iki ölkə arasında elm sahəsində əməkdaşlıq proqramına dair Anlaşma Memorandumu imzalanıb.