Xəbər Lenti
23-11-2026, 07:48
Binəqədi rayonu 28 May Qəsəbə sakinləri ADY QSC ev tikəndə pul aldılar, sökəndə niyə haqqımızı vermirlər.
21-11-2026, 17:42
Bu gün Azərbaycan siyasi tarixində özünəməxsus yeri olan Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 34-cü ildönümünü qeyd edirik.
21-11-2026, 12:55
Ağdaş şəhər 4 nömrəli uşaq bağçasında “Payız möcüzələri” adlı möhtəşəm tədbir keçirilib.
“Barselona”ya iki-üç qol vura bilərdik”

“Barselona”ya iki-üç qol vura bilərdik”.
“Qafqazinfo” UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bunu “Sabah”ın hücumçusu Coy-Lens Mikels “Barselona” ilə oyundan (1:4) sonrakı açıqlamasında bildirib.
“Barselona”ya qarşı oynamaq hamımız üçün çox xüsusi idi. İlk hissədə yaxşı oyun nümayiş etdirdik və qol şanslarımız oldu. Topumuz tirdən qayıtdı, əslində, iki-üç qol da vura bilərdik. Lakin “Barselona” kimi rəqibə qarşı yaranan imkanlardan istifadə etməyəndə, onlar öz şanslarını dəyərləndirirlər.
Aramızdakı ən böyük fərq də elə budur. “Barselona”nın qapısına qol vurduğum üçün çox şadam, amma ikinci bir şansım da var idi ki, onu da mütləq qola çevirməli idim”, - o qeyd edib.






















































