Ağdaş şəhər 4 nömrəli uşaq bağçasında “Payız möcüzələri” adlı möhtəşəm tədbir keçirilib.
Yeni Azərbaycan Partiyası - Dünənin tarixi zərurətindən sabahın güclü Azərbaycanına doğru
KOTANAXR KƏNDİNİN TANINMIŞ SİMASI ƏLİ QARAKİŞİ OĞLUNUN ƏZİZ XATİRƏSİNƏ DƏRİN HÖRMƏTLƏ BAŞSAĞLIĞI
“Ağ pələng”in izi ilə - Prezident İlham Əliyev 43 illik siyasi irsə yeni məzmun qazandırır
4 saylı Magistral avtomobil yollarının istismarı MMC Müşfiq qəsəbəsində yol və infrastruktur problemlərinin həlli istiqamətində mühüm işlər görür
“Kibermühitdə bu günün şifrəli sirr tarixçəsi sabahın açıq kitabıdır” - DTX-nin rəis müavini
VƏTƏNPƏRVƏR İNSAN MEHMAN QƏHRƏMANOV: 17 NOYABR – MİLLİ DİRÇƏLİŞ, AZƏRBAYCAN XALQININ AZADLIQ DASTANI VƏ DÖVLƏTÇİLİK TARİXİNİN ŞANLI SƏHİFƏSİ
Bu gün Azərbaycan siyasi tarixində özünəməxsus yeri olan Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 34-cü ildönümünü qeyd edirik.
Yeni Azərbaycan Partiyası 1992-ci il noyabrın 21-də Azərbaycanın olduqca mürəkkəb siyasi və ictimai şəraitində, xalqın gələcəyə inam və güclü dövlətçilik arzusu əsasında yaradılmışdır. Partiyanın yaranması, ilk növbədə, ölkəmizin taleyinə biganə qalmayan insanların Ümummilli Lider Heydər Əliyevin ətrafında birləşməsinin tarixi təzahürü idi.
Ulu Öndər Heydər Əliyev öz zəngin dövlətçilik təcrübəsi, siyasi müdrikliyi və qətiyyətli rəhbərliyi ilə Azərbaycanın müstəqilliyinin qorunmasına, dövlətçiliyimizin möhkəmləndirilməsinə və ölkəmizin inkişaf strategiyasının müəyyənləşdirilməsinə misilsiz töhfələr vermişdir.
Bu gün həmin siyasi kurs Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün çağırışlarına uyğun şəkildə davam etdirilir.
Son illərdə Azərbaycanın qazandığı iqtisadi, siyasi və diplomatik uğurlar, xüsusilə 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfər və 2023-cü ildə dövlət suverenliyimizin tam bərpası xalqımızın yaddaşında əbədi yaşayacaq hadisələrdir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə əldə edilən bu tarixi nailiyyətlər müstəqil Azərbaycan dövlətinin qüdrətini və xalqımızın birliyini nümayiş etdirmişdir.
Hesab edirəm ki, Yeni Azərbaycan Partiyasının 34 illik tarixini yalnız keçmiş nailiyyətlərlə deyil, həm də qarşıda duran vəzifələrlə qiymətləndirmək lazımdır. Çünki hər bir siyasi təşkilatın gücü onun tarixi ilə yanaşı, bu gün gördüyü işlər, cəmiyyət qarşısında məsuliyyəti və gələcəyə baxışı ilə müəyyən olunur.Bu baxımdan VIII Qurultayda müəyyənləşdirilən vəzifələr, cənab Prezident İlham Əliyevin çıxışında səsləndirilən fikirlər hər bir partiya təşkilatı və üzvü üçün mühüm istiqamət olmalıdır.
Mən “Shirvan Operating Company Ltd” Şirkətində Yeni Azərbaycan Partiyasının ərazi partiya təşkilatının sədri kimi hesab edirəm ki, bizim əsas vəzifəmiz partiya üzvləri arasında birliyi və həmrəyliyi qorumaq, təşkilati fəaliyyəti gücləndirmək, gənclərin ictimai fəallığını artırmaq və çalışdığımız kollektivdə dövlətçilik ənənələrinə sədaqət ruhunu təşviq etməkdir.
Unutmamalıyıq ki, partiyanın nüfuzu yalnız üzvlərinin sayı ilə deyil, hər bir üzvünün fəaliyyəti, davranışı, məsuliyyəti və cəmiyyətə verdiyi töhfə ilə ölçülür. Partiya üzvü olmaq sadəcə bir təşkilata mənsubiyyət deyil, həm də dövlətə, xalqa və cəmiyyətə xidmət məsuliyyətidir.
Bu gün hər birimiz çalışdığımız sahədə vicdanla işləməklə, insanlara hörmətlə yanaşmaqla, üzərimizə düşən vəzifələri məsuliyyətlə yerinə yetirməklə ölkəmizin inkişafına töhfə verməliyik.
Əminəm ki, birlik, qarşılıqlı etimad və ümumi məqsədlər naminə birgə fəaliyyət bundan sonra da təşkilatımızın işinin əsasını təşkil edəcəkdir.
Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik yolu, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf strategiyası hər birimiz üçün məsuliyyət və fəaliyyət istiqamətidir.
Yeni Azərbaycan Partiyasının 34-cü ildönümü münasibətilə bütün partiya üzvlərini təbrik edir, hər birinizə möhkəm cansağlığı, ailə səadəti və uğurlar arzulayıram.
Yaşasın müstəqil Azərbaycan!
Yeni Azərbaycan Partiyasının 34-cü ildönümü mübarək olsun!
Yeni Azərbaycan Partiyası Şirvan şəhəri Gülbala Şıxbala oğlu 74 ünvanda “Shirvan Operating Company Ltd” Şirkəti YAP-ın ərazi partiya təşkilatının sədri Məmmədov Taleh






















































