KOTANAXR KƏNDİNİN TANINMIŞ SİMASI ƏLİ QARAKİŞİ OĞLUNUN ƏZİZ XATİRƏSİNƏ DƏRİN HÖRMƏTLƏ BAŞSAĞLIĞI
VƏKİLLİK İNSTİTUTU HÜQUQİ DÖVLƏTİN SÜTUNUDUR: PEŞƏ NÜFUZU, ƏDALƏT VƏ İNSAN HÜQUQLARI ETİBARI QORUNMALIDIR!
Azərbaycan–Vyetnam münasibətlərində yeni mərhələ: strateji tərəfdaşlığın real iqtisadi nəticələrə çevrilməsi
“Ağ pələng”in izi ilə - Prezident İlham Əliyev 43 illik siyasi irsə yeni məzmun qazandırır
“Kibermühitdə bu günün şifrəli sirr tarixçəsi sabahın açıq kitabıdır” - DTX-nin rəis müavini
VƏTƏNPƏRVƏR İNSAN MEHMAN QƏHRƏMANOV: 17 NOYABR – MİLLİ DİRÇƏLİŞ, AZƏRBAYCAN XALQININ AZADLIQ DASTANI VƏ DÖVLƏTÇİLİK TARİXİNİN ŞANLI SƏHİFƏSİ
İcbari sığorta müqavilələri üzrə bildirişlər artıq “mygov” vasitəsilə də təqdim olunur
Biznes xərclərindən də millər qazandıran “ABB AZAL Miles Business” kartları təqdim olundu
Gələcəyin şəhərlərinə gənclərdən innovativ baxış: “İnsanyönümlü şəhərlər” hakatonu başa çatıb
“Səyyar Gənclər Xidməti” fəaliyyətini Ağcabədidə davam etdirib
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Gənclərin İnkişaf və Karyera Mərkəzi və “Gənc Könüllülər” İctimai Birliyinin təşkilatçılığı ilə ölkənin müxtəlif regionlarında uğurla icra edilən “Səyyar Gənclər Xidməti” layihəsinin budəfəki dayanacağı Ağcabədi olub. “Gənclərlə, gənclər üçün” şüarı ilə öz işinə davam edən layihədə Ağcabədi gəncləri fəal iştirak ediblər.
Aşılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının müavini, Ərazi-təşkilat, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsalə Məmmədova və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Regional nümayəndəliklərlə iş şöbəsinin müdiri Aqil Quliyev layihənin gənclər üçün əhəmiyyətini yüksək qiymətləndirərək bu təşəbbüsün sadəcə gənclərin bilik və bacarıqlarının inkişafına deyil, eyni zamanda onların sosial aktivliyinin, milli birlik və vətənpərvərlik ruhunun güclənməsinə xidmət etdiyini vurğulayıblar.
Ağcabədi gəncləri üçün keçirilən 5 günlük zəngin proqram çərçivəsində 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası tərəfindən maarifləndirici sessiyalar, eləcə də Ağcabədi Peşə Məktəbi tərəfindən sərgi təşkil edilib. Tədbir ərazisində gənclərin yaradıcı potensiallarını üzə çıxaran interaktiv fəaliyyətlər – vörkşoplar, master-klasslar, intellektual oyunlar və viktorinalar təşkil olunub. Komanda əsaslı oyunlar vasitəsilə gənclərin həm asudə vaxtının səmərəli təşkilinə, həm də şəbəkələşməsinə şərait yaradılıb. Hər günün sonunda fəallığı ilə seçilən iştirakçılar mükaftlandırılıb.
Qeyd edək ki, əsas məqsədi ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətinin prioritet istiqamətlərinə uyğun olaraq gənclərin cəmiyyətin müxtəlif sahələrində iştirakçılığının artırılması, yaradıcı potensialının üzə çıxarılması və gənclər üçün mövcud dövlət dəstəyi mexanizmlərinin regionlarda yaşayan gənclərə daha əlçatan olmasını təmin etmək olan layihənin cari il üzrə ölkənin 20 şəhər və rayonunu əhatə etməsi hədəflənib.
Xezertv.info



































































