Menu
Xəbər Lenti
Bu ərazilərə qar yağır
16-11-2026, 07:37

Bu ərazilərə qar yağır

Bu gün millimizin oyunu var
13-11-2026, 07:04

Bu gün millimizin oyunu var

18 Kas 09:11Manşet / Gündəm

Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv olunur

 

Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv olunur.

“Qafqazinfo” xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Tullantılar haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Bununla, güzəşt və birdəfəlik ödəniş, habelə nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı funksiyaların icrasının təşkili və təmin edilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdiriləcək.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Nuranə Daxilqızı