Azərbaycan incəsənəti Çilidə: Santyaqoda Zəfər Gününə həsr olunmuş beynəlxalq sərgi açılıb
GÜLNARA HƏMİDOVA – SÖZÜNƏ, QƏLƏMİNƏ VƏ İNSANLIĞINA SADİQ ÖMÜR YOLU! DOĞUM GÜNÜNÜZ MÜBARƏK!
Gülnara Həmidova: ŞAHİN BABAYEVİN ƏZİZ XATİRƏSİ QƏLBİMİZDƏ DAİM YAŞAYACAQ – BİR İLİN AĞRISI, BİR ÖMRÜN UNUDULMAZ İZLƏRİ...
“Seliverstov” 200 minlik dələduzluğunu ifşa edən İsrail vətəndaşlarına qarşı şər-böhtan kampaniyasina başlayıb
MÜDAFİƏ YAZISI ŞƏLALƏ HÜSEYNOVANIN FƏALİYYƏTİ İLƏ BAĞLI İDDİALARI TƏKZİB EDİRMİ? – XEВERMEDİA.İNFO-DAN SƏRT CAVAB!
“İMZA” İctimai Birliyi tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Üçrəngli Bayrağımız müstəqilliyimizin, milli qürurumuzun və Zəfərimizin əbədi rəmzidir
“İndiyəqədərki ən böyük əsir mübadiləsi baş tutacaq”
İrlandiyanın paytaxtı Dublində Volodimir Zelenski ilə ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və Trampın kürəkəni Cared Kuşner arasında görüş keçirilib.
“Qafqazinfo” xəbər verir ki, görüşdən sonra jurnalistlərə açıqlama verən Ukrayna lideri aparılan danışıqların müharibəyə son qoyacağına dair ümid verdiyini vurğulayıb.
O, həmçinin Rusiya ilə genişmiqyaslı əsir mübadiləsinin baş tutacağını təsdiqləyərək bunun prosesin gedişində mühüm addım olacağını qeyd edib.
O, bunun Rusiya ilə indiyədək baş tutan ən böyük əsir mübadiləsi olacağını açıqlayıb.
Zelenski növbəti mərhələdə Avropa ölkələrinin də danışıqlar masasında yer alacağını bildirib və hər bir görüşün konkret nəticə verməli olduğunu deyib. Cared Kuşner də Avropanın prosesdəki roluna diqqət çəkərək razılaşmanın yekunlaşdırılması üçün avropalıların iştirakının vacibliyini qeyd edib:
“Avropalılar masada olmadan bu razılaşmanı yekunlaşdıra bilmərik. Biz Rusiya Prezidenti Vladimir Putinə də bunun çox vacib olduğunu çatdırırıq”.
Qeyd edək ki, ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkoff Dublin səfərindən əvvəl Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşüb və həmin təmaslar zamanı müəyyən irəliləyişin əldə edildiyini açıqlayıb.






















































