AYB və AJB-nin üzvü Şamil Cəfər: 8 NOYABR – MİLLİ QÜRURUMUZUN, DÖVLƏTİMİZİN GÜCÜNÜN VƏ XALQIMIZIN MƏĞLUBEDİLMƏZLİYİNİN TƏNTƏNƏSİ!
“Xezertv.info”-nun Baş redaktoru Fərid Səfərov: 8 NOYABR – MİLLİ QÜRURUMUZUN, QƏHRƏMANLIĞIMIZIN VƏ TARİXİ ƏDALƏTİN TƏNTƏNƏSİ!
Bakı şəhəri Sabunçu RPİ-nin rəisi polis polkovniki Cavid Vidadi oğlu Muradov: ZƏFƏR – AZƏRBAYCANIN TARİXƏ HƏKK ETDİYİ ƏBƏDİ QƏHRƏMANLIQ DASTANI!
Zeferyolu.az-ın rəhbəri Jalə Ağakişiqızı: 8 NOYABR – QALİB XALQIN QÜRUR GÜNÜ, AZƏRBAYCANIN ƏBƏDİ ZƏFƏR SALNAMƏSİ!
“Son tapşırığımız Şuşaya gedən yolu bağlamaq idi” - Vətən Müharibəsi Qəhrəmanı danışır
Zəfər Gününə həsr olunmuş “Zəfərdən doğan günəş” adlı tədbir keçirilib
Faktum.az xəbər verir ki, noyabrın 6-da “Şəhid Ailələrinə Sosial Dəstək” İctimai Birliyi və Azərbaycan Texniki Universitetinin (AzTU) birgə təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş “Zəfərdən doğan günəş” adlı tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Azərbaycan Respublikasının Prezidentinin təbriki tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Mərasimdə çıxış edən “Şəhid Ailələrinə Sosial Dəstək” İctimai Birliyinin sədri Almaz Zeynalova qonaqları salamlayaraq Zəfər Gününün mənəvi əhəmiyyətindən, şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıdan söhbət açıb.
Tədbirdə millət vəkilləri Ceyhun Məmmədov, Tənzilə Rüstəmxanlı, Hikmət Babaoğlu, Anar İsgəndərov, AzTU-nun prorektoru Sübhan Namazov, Bakı Dövlət Sirkinin direktoru Nahid Ağayev, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirin bədii hissəsində müğənnilər Emil Elmanoğlu və Leyla Aslan öz ifaları ilə çıxış ediblər. Əlilliyi olan uşaq və yeniyetmələr – Rəvanə Qafarova, Fatimə Ağamalıyeva, Ziya Əlixanlı və Ramiz Ağayevin ifa etdikləri mahnılar, eləcə də Aytac Həziyevanın təqdim etdiyi rəqs nömrəsi tədbir iştirakçıları tərəfindən böyük rəğbətlə qarşılanıb.
Mənəvi birlik, qəhrəmanlıq və minnətdarlıq bayramı xarakteri daşıyan tədbir xatirə şəkillərinin çəkdirilməsi ilə başa çatıb.


























































































































