Menu
Xəbər Lenti
Anar Rzayevə ağır itki
5-11-2026, 07:54

Anar Rzayevə ağır itki

08 Kas 09:00Manşet / Dünya

Polşada 6 nəfəri öldürən həmin şəxsin evində 3 meyit tapılıb

 

Polşanın Krakov şəhərinin mərkəzində silahlı hücum törədən 24 yaşlı Mihal Okinskinin evində üç nəfərin - iki qadın və bir kişinin meyiti aşkar edilib.

“Qafqazinfo” “Polsat News” istinadən xəbər verir ki, onların həmin şəxsin ailə üzvləri olduğu ehtimal edilir. 

Qonşular ailəni adi və sakit ailə kimi təsvir etsələr də, dünənki hadisəni törədən gəncin son vaxtlar özünü qəribə və şübhəli apardığını qeyd ediblər. 

Hadisə yerində istintaq tədbirləri həyata keçirilir.

Xatırladaq ki, noyabrın 7-də Krakovda silahlı insident baş verib. Avtomobili ilə meydana daxil olan şəxs nəqliyyat vasitəsindən ətrafdakı insanlara atəş açıb. Hadisə nəticəsində 6 nəfər həlak olub, 15 nəfər yaralanıb. Saxlanılma zamanı baş verən atışma nəticəsində Mihal O. yaralanıb və xəstəxanaya yerləşdirilib. Əvvəlcə şübhəlinin keçmiş hərbçi olduğu bildirilsə də, sonradan bu məlumat təkzib edilib.