Menu
Xəbər Lenti
Bu yollarda tıxac var
2-11-2026, 07:04

Bu yollarda tıxac var

Şəhid atası vəfat etdi
2-11-2026, 06:55

Şəhid atası vəfat etdi

06 Kas 06:51Manşet / Dünya

“Ukrayna ilə bağlı böyük razılaşma əldə olunacaq”

 

ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukrayna arasında sülh sazişinin “çox yaxın” olduğunu və bu anlaşmanın təkcə Ukrayna ilə məhdudlaşmayıb bütün Avropa regionunu əhatə edə biləcəyini bəyan edib.

“Qafqazinfo” xəbər verir ki, Ağ Evdə jurnalistlərin suallarını cavablandıran Tramp, Rusiya Prezidentinin nümayəndəsi Kirill Dmitriyevlə görüşdüyünü təsdiqləyib.

Qeyd olunub ki, bu təmas birinci xanım Melaniya Trampın vasitəçiliyi ilə Ukraynanın Oleşki şəhərində əldə edilmiş lokal atəşkəs razılaşmasını qeyd etmək məqsədilə təşkil olunub. Sülh danışıqlarının detallarını tam açıqlamayan ABŞ dövlət başçısı gözlənilən sazişin miqyasının böyük olacağını vurğulayıb.

Mülki şəxslərə hücumlar və müharibənin gedişatı ilə bağlı məsələyə toxunan Tramp hər iki tərəfin itkilər verdiyini bildirib: “Mən bu məsələni həmişə gündəmə gətirirəm. Bu, qanlı bir qırğındır və buna son qoyulmalıdır. Düşünürəm ki, biz müharibəni tezliklə, bəlkə də, çox tezliklə dayandıra biləcəyik”.