Menu
Xəbər Lenti
Xankəndi Stadionu açıldı
7-11-2026, 14:08

Xankəndi Stadionu açıldı

Sürücülərin nəzərinə!
7-11-2026, 08:00

Sürücülərin nəzərinə!

Anar Rzayevə ağır itki
5-11-2026, 07:54

Anar Rzayevə ağır itki

09 Kas 15:01Manşet / Gündəm / Sosial

“İMZA” İctimai Birliyi tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

 

8 Noyabr – Zəfər Günü münasibətilə “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin sədri, İdarə Heyətinin üzvləri və birliyin üzvlərinin iştirakı ilə tədbir keçirilib.


Tədbir çərçivəsində ilk olaraq Zəfər Parkı ziyarət olunub, Zəfər abidəsinin önünə əklil və gül dəstələri qoyularaq Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib.


Daha sonra iştirakçılar 44 günlük Vətən müharibəsinə həsr olunmuş “44” – “Əsir torpağın göz yaşı zəfərlə silinər!” bədii filmini birlikdə izləyiblər.


Tədbir milli birlik və həmrəyliyin möhkəmləndirilməsi, vətənpərvərlik ruhunun yüksəldilməsi və Zəfər tariximizin yaşadılması baxımından xüsusi əhəmiyyət daşıyıb.


Zəfərimiz əbədi, birliyimiz daim olsun!


Qarabağ Azərbaycandır!


 

“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyi

 

 

Xezertv.info