Menu
Xəbər Lenti
Bu gün millimizin oyunu var
13-11-2026, 07:04

Bu gün millimizin oyunu var

“Azeri Light” ucuzlaşdı
11-11-2026, 07:34

“Azeri Light” ucuzlaşdı

Pezeşkian Türkiyəyə gedir
11-11-2026, 07:17

Pezeşkian Türkiyəyə gedir

15 Kas 11:01Manşet / Sosial

Yağış yağacaq, külək güclənəcək - Sabahın havası

 

Azərbaycanda noyabrın 16-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensivləşəcəyi ehtimalı var. Səhər tədricən kəsiləcək, gündüz əsasən yağmursuz keçəcək. Güclü şimal-qərb küləyi axşama doğru mülayimləşəcək.

Havanın temperaturu gecə 7-9° isti, gündüz 10-12° isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 60-65% olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Axşam yağıntılar əksər rayonlarda tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi gecə və səhər bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 5-9° isti, gündüz 14-17° isti, dağlarda 3-7° şaxta, gündüz 0-3° şaxta olacaq.