Menu
Xəbər Lenti
“Azeri Light” ucuzlaşdı
11-11-2026, 07:34

“Azeri Light” ucuzlaşdı

Pezeşkian Türkiyəyə gedir
11-11-2026, 07:17

Pezeşkian Türkiyəyə gedir

Paşinyan Fransaya getdi
10-11-2026, 08:45

Paşinyan Fransaya getdi

13 Kas 07:17Manşet / Sosial

Nəvəsinin andiçməsindən sonra meyiti tapılan Mirzəcan kişi ilə bağlı - Yeni detallar

 

Astara rayon Kakalos kənd sakini 84 yaşlı Mirzəcan Hüseynovun Gəncədə itkin düşdükdən 3 gün sonra meyitinin tapılması ilə bağlı bəzi məqamlar aydınlaşıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, onun meyiti Gəncə şəhərinin Cavadxan qəsəbəsindən Göygöl rayonunun Hacıməlik kəndi istiqamətindəki boş sahədə aşkar edilib.

İlkin ehtimala görə, M.Hüseynov Gəncədə yerləşən hərbi hissələrdən birində nəvəsinin andiçmə mərasimindən sonra insanların sıx cəmləşdiyi yeri tərk edərək azıb.

Daha sonra Gəncə şəhərindən çıxaraq Göygöl rayonu istiqamətində hərəkət edib və Bakı-Qazax yoluna doğru gedib.

Boş sahədə olarkən – magistraldan bir neçə kilometr aralıda 84 yaşlı kişinin yıxıldığı, aclıq və soyuqdan öldüyü ehtimal edilir.

İlkin baxış zamanı onun üzərində hər hansı zorakılıq əlaməti aşkarlanmayıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.