Menu
Xəbər Lenti
Jestləri ilə gündəm oldu
18-11-2026, 09:04

Jestləri ilə gündəm oldu

8 aylıq hamilə qadın öldü
17-11-2026, 09:09

8 aylıq hamilə qadın öldü

Bu ərazilərə qar yağır
16-11-2026, 07:37

Bu ərazilərə qar yağır

20 Kas 11:20Manşet / Gündəm / Sosial

KOTANAXR KƏNDİNİN TANINMIŞ SİMASI ƏLİ QARAKİŞİ OĞLUNUN ƏZİZ XATİRƏSİNƏ DƏRİN HÖRMƏTLƏ BAŞSAĞLIĞI

 

Kotanaxr kənd Bələdiyyəsinin sabiq sədri Lətifov Əli Qarakişi oğlunun vəfatı xəbərini dərin hüzn və kədər hissi ilə qarşıladım.


Bir həmyerli, eyni zamanda Zəfər Yolu saytının rəhbəri olaraq, mərhumun dünyasını dəyişməsi ilə əlaqədar ailəsinə, doğmalarına, yaxınlarına və onu tanıyan hər kəsə dərin hüznlə başsağlığı verirəm.


Əli Qarakişi oğlunun vəfatı ailəsi, yaxınları və doğma el-obası üçün böyük itkidir. Belə ağır və ağrılı günlərdə insanın sözlə ifadə edə bilmədiyi kədəri bölüşmək, ailəyə mənəvi dəstək olmaq xüsusi əhəmiyyət daşıyır.


Başda mərhumun oğlanları – Ağdaş şəhər inzibati ərazi dairə üzrə nümayəndəsi  vəzifəsində çalışan Qara müəllim və Ağdaş Rayon Polis Şöbəsinin rəis müavini Röyal müəllim olmaqla, bütün ailə üzvlərinə, qohumlarına və yaxınlarına Allahdan səbir, dözüm və mənəvi güc diləyirəm.


Uca Allah mərhuma rəhmət eləsin, günahlarını bağışlasın, məkanını cənnət, ruhunu şad etsin. Bu ağır itki ilə üzləşən ailəsinə və doğmalarına səbir versin.


Başınız sağ olsun!


 

Jalə Ağakişiqızı
Zəfər Yolu saytının rəhbəri