Xəbər Lenti
Bugün, 10:23
“Kibermühitdə bu günün şifrəli sirr tarixçəsi sabahın açıq kitabıdır” - DTX-nin rəis müavini
17-11-2026, 11:00
VƏTƏNPƏRVƏR İNSAN MEHMAN QƏHRƏMANOV: 17 NOYABR – MİLLİ DİRÇƏLİŞ, AZƏRBAYCAN XALQININ AZADLIQ DASTANI VƏ DÖVLƏTÇİLİK TARİXİNİN ŞANLI SƏHİFƏSİ
17-11-2026, 08:59
İcbari sığorta müqavilələri üzrə bildirişlər artıq “mygov” vasitəsilə də təqdim olunur
17-11-2026, 07:52
Biznes xərclərindən də millər qazandıran “ABB AZAL Miles Business” kartları təqdim olundu
16-11-2026, 18:29
Gələcəyin şəhərlərinə gənclərdən innovativ baxış: “İnsanyönümlü şəhərlər” hakatonu başa çatıb
4 saylı Magistral avtomobil yollarının istismarı MMC Müşfiq qəsəbəsində yol və infrastruktur problemlərinin həlli istiqamətində mühüm işlər görür
Qaradağ rayonunun Müşfiq qəsəbəsində yol infrastrukturunun yaxşılaşdırılması və sakinlərin gündəlik həyat şəraitinin yüksəldilməsi istiqamətində həyata keçirilən işlər diqqətəlayiqdir.
Qəsəbədə aparılan yenidənqurma və abadlıq tədbirləri çərçivəsində eni 10, uzunu 900 metrlik avtomobil yollarının təmiri, kanalizasiya xətlərinin çəkilməsi, yağış və digər suların ərazidən normal axıdılmasını təmin edən drenaj sistemlərinin qurulması istiqamətində mühüm işlər görülür.
Qəsəbə sakinləri illərlə belə təmirin aparılmadığını deyərək, görülən işlərdən minnətdarlıqlarını ifadə ediblər.
Xüsusilə yol təsərrüfatının yenilənməsi, su yığılmalarının qarşısının alınması və mövcud infrastruktur problemlərinin aradan qaldırılması sakinlər üçün böyük əhəmiyyət daşıyır. Bu işlər yalnız yolların vəziyyətinin yaxşılaşdırılmasına deyil, həm də qəsəbədə ümumi yaşayış şəraitinin və təhlükəsizliyin yüksəldilməsinə xidmət edir.
Görülən işlərdə 4 saylı Magistral avtomobil yollarının istismarı MMC-nin və onun rəhbəri Mübariz Paşayevin fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Ərazidə infrastruktur məsələlərinin həllinə yönəlmiş işlərin təşkili və həyata keçirilməsi sakinlərin uzun müddətdir gözlədiyi problemlərin aradan qaldırılması baxımından əhəmiyyətlidir.
Təbii ki, yaşayış məntəqələrinin inkişafı yalnız yeni yolların salınması ilə məhdudlaşmır. Kanalizasiya, drenaj və digər kommunal infrastrukturun kompleks şəkildə qurulması da müasir və rahat yaşayış mühitinin əsas şərtlərindəndir.
Müşfiq qəsəbəsində həyata keçirilən bu işlərin davamlı olması, ərazinin digər infrastruktur ehtiyaclarının da mərhələli şəkildə həllinə töhfə verməsi sakinlərin gözləntilərinə cavab verən mühüm addımdır.
İnanırıq ki, Mübariz Paşayevin rəhbərliyi ilə Müşviq qəsəbəsində düzəlməyən yol qalmayacaq.