Millət vəkili Pərvanə Vəliyeva Bakı Neft-Energetika Kollecində tələbələrlə görüş keçirdi
HƏP İdarə Heyətinin iclasında Prezident İlham Əliyevin siyasi kursunun uğurları geniş müzakirə edildi
23 may 2026-ci il tarixində "Unikal Xaricdə Təhsil və Hüquqi Konsaltinq Agentliyi"nin təşkilatçılığı ilə “Unikal Xaricdə Təhsil Forumu - 2026” keçirildi.
İspaniyada polislə “Sumud flotiliyası”nın fəalları arasında toqquşma - Saxlanılanlar var
İsmayıl Zalovun European Parliamentdə çıxışı iştirakçılar tərəfindən böyük maraq və yüksək qiymətləndirmə ilə qarşılanmışdır.
Yasamalda YAP-ın 33-cü ildönümü qeyd edildi

Yeni Azərbaycan Partiyasının yaradılmasının 33-cü ildönümünə həsr olunmuş “Yeni Azərbaycan Partiyası:33 illik İnkişaf və Zəfər yolu” adlı tədbir keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvləri Sudeyf İmamverdiyev, Misir Mərdanov, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdir müavini Rafael Gülməmmədov qeyd ediblər ki, müasir, müstəqil Azərbaycanın tərəqqisi, möhtəşəm tarixi nailiyyətlər qazanaraq güclü - qüdrətli dövlətə çevrilməsi Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında və prezident cənab İlham Əliyevin rəhbərliyi ilə fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası ilə bilavasitə bağlıdır.
Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov qeyd edib ki, Azərbaycanın ən güclü və mütəşəkkil siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının bu gün də siyasi alternativi yoxdur: “1992-ci ildə ağır bir dövrdə əsası qoyulan YAP, qısa zamanda sabitliyinin və inkişafının simvoluna çevrilib. Yeni Azərbaycan Partiyasının qurucusu, Ulu Öndər Heydər Əliyev deyirdi ki, “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır”. Beləliklə, YAP yarananda ölkə çox ağır vəziyyətdə idi. Bu vəziyyətdən Azərbaycanı Ulu Öndərin dəmir iradəsi qurtardı.Bu gün də biz görürük ki, YAP-a siyasi alternativ yoxdur və YAP həqiqətən gələcəyin partiyasıdır. Bu gün YAP Cənubi Qafqaz regionun ən böyük siyasi təşkilatıdır və hətta qanunvercilik baxımından partiya üzvlüyü qadağan olan şəxslər belə YAP-ı dəstəkəyir”.
Həmçinin qeyd olunub ki, Ulu Öndərin 1992-cü ildə əsasını qoyduğu təməl sağlam olub: “Buna görə bu təməl, bu fundament bizi Ali Baş Komandanın rəhbərliyi ilə 2020-ci ilin Vətən Müharibəsindəki Zəfərə və 2023-cü ilin uğurlu antiterror əməliyyatına gətirib çıxardıb. Nəticədə bu gün Azərbaycan ərazi suverenliyini tam bərpa edib. Ən taleyüklü məsələmiz tam şəkildə həll olunub”.
Çıxışlardan sonra Yeni Azərbaycan Partiyasının yaradılmasının 33-cü ildönümü münasibətilə və Partiyada ictimai-siyasi fəaliyyətə görə fəxri fərmanlar, hədiyyələr təqdim edilib. Təltiflərdən sonra Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib. Sonda bədii hissə təqdim edilib.






















































