Bu gün Azərbaycan siyasi tarixində özünəməxsus yeri olan Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 34-cü ildönümünü qeyd edirik.
Ağdaş şəhər 4 nömrəli uşaq bağçasında “Payız möcüzələri” adlı möhtəşəm tədbir keçirilib.
Yeni Azərbaycan Partiyası - Dünənin tarixi zərurətindən sabahın güclü Azərbaycanına doğru
KOTANAXR KƏNDİNİN TANINMIŞ SİMASI ƏLİ QARAKİŞİ OĞLUNUN ƏZİZ XATİRƏSİNƏ DƏRİN HÖRMƏTLƏ BAŞSAĞLIĞI
VƏKİLLİK İNSTİTUTU HÜQUQİ DÖVLƏTİN SÜTUNUDUR: PEŞƏ NÜFUZU, ƏDALƏT VƏ İNSAN HÜQUQLARI ETİBARI QORUNMALIDIR!
Azərbaycan–Vyetnam münasibətlərində yeni mərhələ: strateji tərəfdaşlığın real iqtisadi nəticələrə çevrilməsi
“Prezidentin Vyetnama səfəri siyasi kursun möhkəmləndirilməsində əlamətdar mərhələdir”
“Ağ pələng”in izi ilə - Prezident İlham Əliyev 43 illik siyasi irsə yeni məzmun qazandırır
4 saylı Magistral avtomobil yollarının istismarı MMC Müşfiq qəsəbəsində yol və infrastruktur problemlərinin həlli istiqamətində mühüm işlər görür
Alyona Əliyeva sərgidə - Fotolar
Noyabrın 22-də Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb.
“Qafqazinfo” AZƏRTAC-a istinadən xəbər verir ki, sərginin açılışında Alyona Əliyeva iştirak edib və rəssamın əsərləri ilə tanış olub.
“İki dünya arasında” sərgisi insan təcrübəsini, daxili transformasiyanı və fərqli təzahür hallarını bir-birindən ayıran görünməz sərhədlərin bədii araşdırmasıdır. Sərgi həyatın iki mərhələsini və dünyanı qavramağın iki fərqli formasını əks etdirir. Birinci mərhələ məsumluq, yüngüllük, spontanlıq və illüziyalar dünyasıdır. Bu, həyatın sərhədsiz göründüyü, duyğuların saf və sərbəst olduğu, reallığın isə çox zaman təxəyyül prizmasından qavrandığı dövrdür.
İkinci dünya isə maariflənmə ilə başlayır. O, yaşanmış təcrübələr, düşüncə və insanın özünü, eləcə də başqalarını daha dərindən anlamaq istəyi ilə formalaşır. Bu mərhələdə insan varlığın mürəkkəbliyini, daxili ziddiyyətləri, zahiri görünüşlə həqiqət arasındakı məsafəni dərk edir.
Nigar Ağabəyli ekspressiv obrazlar, qadın portretləri, simvolik personajlar və emosional kompozisiyalar vasitəsilə bu iki dünya arasındakı incə sərhədi araşdırır. Maskalar, baxışlar, jestlər və ziddiyyətli emosional vəziyyətlər insanın üzərinə götürdüyü rolların, qurduğu kimliklərin və bəzən gizlətdiyi daxili mənliyinin vizual metaforalarına çevrilir. Rəssam bu iki dünyanı bir-birinə qarşı qoymaq əvəzinə, onları vahid ömür yolunun bir-biri ilə əlaqəli mərhələləri kimi təqdim edir.
İki dünya arasında - böyümək, oyanmaq, illüziyaları itirmək və özünün yeni qatlarını kəşf etmək haqqında düşüncədir. Bu, bir zamanlar olduğumuz insanla çevrildiyimiz insan arasındakı məkandır.
Rəssam Nigar Ağabəyli müasir təsviri sənət sahəsində çalışan, yaradıcılığında insan emosiyalarını, kimlik axtarışını və daxili təcrübələrin mürəkkəbliyini araşdıran rəssamdır. Ekspressiv obraz dili və simvolik təsvirlər vasitəsilə görünənlə gizli, real ilə xəyali arasında bədii dialoq yaradır.
Sərgi noyabrın 24-dən 26-dək Müasir İncəsənət Muzeyində təqdim olunacaq.






































































