Xəbər Lenti
Dün, 06:24
Azərbaycanın Qarabağ bölgəsini tərk edən erməni əsilli sakinlərin sayı 2906-a çatıb - YENİLƏNİB
23-09-2023, 17:03
Tibbi yardıma ehtiyacı olan erməni sakinlərin Ermənistana təxliyəsi üçün imkan yaradılır
21-09-2023, 05:08
Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi ilə görüşüb
21-09-2023, 05:05
XİN başçısı: "Azərbaycanın bütün yəhudi icmaları ilə dostluq münasibəti mövcuddur"
21-09-2023, 04:56
Mərakeş zəlzələdən sonra bərpa işlərinə 11 milyard dollardan çox vəsait xərcləyəcək
20-09-2023, 06:24
Baş katib: BMT TŞ və Bretton-Vuds sistemi kimi bir çox beynəlxalq qurumlar köhnəlib
20-09-2023, 06:21
MN: Təcili tibbi yardım maşınına atəş açılması barədə yayılan məlumatlar tamamilə yalandır
19-09-2023, 06:31
Ərdoğan: “Türkiyə Azərbaycan və Ermənistan arasındakı sülh danışıqlarında aktiv və məhsuldar rol oynayır”
18-09-2023, 16:33
Azərbaycandakı diplomatik korpus üçün bölgədəki vəziyyətlə bağlı brifinq keçirilib
Yasamalda YAP-ın 30 illiyi qeyd edildi

Yasamal rayonunda Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 30 illik yubileyi münasibətilə təntənəli tədbir keçirib.
Tədbirdə dövlət himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Sonra Yeni Azərbaycan Partiyasının yaranması və inkişaf tarixindən bəhs edən videoçarx nümayiş olunub.
Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, YAP Veteranlar Şurasının üzvü Şahlar Əsgərov, Vətən müharibəsi şəhidlərinin yaxınları Əli Nur, Rəhilə Mustafayeva və Vəli Əliyev YAP-ın keçdiyi tarixi yol və Vətən müharibəsinin tariximizdəki rolundan bəhs etdilər.
Tədbirdə yekun nitqi ilə çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov öz çıxışına Ulu Öndər Heydər Əliyevin “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir” kəlamı ilə başlayıb. Ötən əsrin 90-cı illərin əvvəlində ölkədəki xaos və anarxiyanı xatırladan icra başçısı böyük səylər nəticəsində Ulu Öndərin müstəqilliyimizi qoruduğunu xatırladıb. Qeyd olunub ki, Prezident İlham Əliyev Ata vəsiyyətini yerinə yetirərək 44 günə Qarabağı azad edib.
Sonda rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya veteranına və fəalına fəxri fərman, eləcə də partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqəsi təqdim edilib.