HƏP İdarə Heyətinin iclasında Prezident İlham Əliyevin siyasi kursunun uğurları geniş müzakirə edildi
23 may 2026-ci il tarixində "Unikal Xaricdə Təhsil və Hüquqi Konsaltinq Agentliyi"nin təşkilatçılığı ilə “Unikal Xaricdə Təhsil Forumu - 2026” keçirildi.
İspaniyada polislə “Sumud flotiliyası”nın fəalları arasında toqquşma - Saxlanılanlar var
İsmayıl Zalovun European Parliamentdə çıxışı iştirakçılar tərəfindən böyük maraq və yüksək qiymətləndirmə ilə qarşılanmışdır.
Rafael Hacıbəyli: Azad edilmiş ərazilərdə icmalar üçün ağıllı və dayanıqlı şəhərlər qurulur
"Həkim kimi danışır, amma deyil" - Sosial şəbəkələrdə möcüzə kimi yayılan reseptlər - VİDEO
Televiziyanın sonunu gətirən yeni rəqib. Dəyişiklik olmasa… – YYSİB sədri, ictimai və mədəniyyət xadimi Aydın Xan Əbilov yeni media haqqında
Bu gün narkomaniya ilə mübarizdə vətəndaşlar fəallıq göstərməlidir – QHT sədri Müğam Əliyev
Nizami rayonunda Heydər Əliyevlə bağlı konfrans
Nizami Rayon İcra Hakimiyyəti və YAP Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində geniş rayon ictimaiyyətinin iştirakı ilə “Ümummilli Lider Heydər Əliyev – tarix yazan və yaradan Dahi Şəxsiyyət” mövzusunda konfrans keçirilib.
“Qafqazinfo” xəbər verir ki, ilk öncə konfrans iştirakçıları Ümummilli Lider Heydər Əliyevin büstü önünə əklil və güllər qoyaraq əziz xatirəsini dərin ehtiramla yad edib, Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotosərgi ilə tanış olublar.
Dövlət Himninin səslənməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən videofilm nümayiş olunub.
Konfransda Milli Məclis sədrinin birinci müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini, YAP Veteranlar Şurasının sədr müavini Sədaqət Qəhrəmanova və Milli Məclisin deputatı Könül Nurullayeva çıxış ediblər. Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoyub. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir.
Heydər Əliyevin 34 illik fəaliyyəti tariximizin şanlı səhifəsi, Azərbaycanın inkişaf və tərəqqi salnaməsi, hər anı böyük uğurlar və nailiyyətlərlə ölçülən təkrarolunmaz siyasi məktəbdir. Ümummilli Lider Heydər Əliyev Azərbaycanın ən yeni tarixini yazıb, müstəqil Azərbaycan dövləti qısa zaman kəsiyində dünyanın ən sürətlə inkişaf edən dövlətinə çevrilib.
Tarix yazan və yaradan dahi şəxsiyyətin, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq. Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Hələ sağlığında millətin məhəbbətini qazanmış Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaq.
Xüsusilə vurğulanıb ki, bu gün Ulu Öndər Heydər Əliyevin müdrik siyasi kursunu çox uğurla davam etdirən Prezident İlham Əliyevin yüksək intellekti, uzaqgörən siyasəti və fədakar fəaliyyəti sayəsində Azərbaycan özünün ən qüdrətli və inkişaf etmiş dövrünü yaşayır. Qalib və nüfuzlu dövlət kimi öz sözünü deyən Azərbaycan dünyaya günəş kimi parlayır və beynəlxalq arenada yeni zirvələrə doğru mətin addımlarla irəliləyir.





















































