Menu
Xəbər Lenti
FHN təlim keçirdi - Video
21-11-2026, 09:03

FHN təlim keçirdi - Video

Prezident rəsmi qarşılandı
21-11-2026, 08:14

Prezident rəsmi qarşılandı

25 Kas 06:48Manşet / Dünya

Keçmiş prezidentlə arvadına yeni ittihamlar

kecmis-prezidentle-arvadina-yeni-ittihamlar

Fransanın keçmiş prezidenti Nikola Sarkozi və həyat yoldaşı Karla Bruni-Sarkozi 2027-ci il noyabrın 3-dən dekabrın 2-dək “cinayət törətmək niyyəti ilə təşkilat yaratmaq” və “şahidləri manipulyasiya etmək” ittihamları ilə mühakimə olunacaqlar.

“Qafqazinfo” xəbər verir ki, Parisdəki istintaq hakimləri Sarkozi və Bruni-Sarkozi də daxil olmaqla, ümumilikdə 11 nəfərin gələn il məhkəməyə verilməsi barədə qərar qəbul ediblər.

Yeni məhkəmə prosesi “Liviya işi”ndə şahid qismində çıxış etmiş iş adamı Ziyad Takieddinin ifadəsinin dəyişdirilməsi ilə bağlı araşdırmaya əsaslanır. İstintaq Sarkozinin 2020-ci ildə əsas şahid sayılan Takieddinin mövqeyini dəyişməsi üçün qanunsuz üsullara əl atıb-atmadığını yoxlayıb. Takieddin əvvəlcə Sarkozinin 2007-ci il prezident seçki kampaniyası üçün Liviyadan maliyyə aldığını və 2006-cı ilin sonlarında Liviyadan ona 5 milyon avro gətirdiyini iddia etmiş, lakin 2020-ci ildə əksini demişdi. Sarkozi vasitəçilər vasitəsilə ittihamların geri götürülməsi üçün iş adamına təzyiq etməkdə şübhəli bilinir. 75 yaşlı Ziyad Takieddin 2025-ci il sentyabrın 23-də Livanın Beyrut şəhərində vəfat edib.

2013-cü ildə başlanan “Liviya işi” çərçivəsində 2007-2012-ci illərdə prezident olmuş Sarkozinin keçmiş Liviya lideri Müəmmər Qəddafidən qanunsuz maliyyə dəstəyi aldığı iddia olunurdu. 2025-ci il sentyabrın 25-də Paris Cinayət Məhkəməsi Sarkozini passiv korrupsiya, dövlət vəsaitlərinin mənimsənilməsini gizlətmə və qanunsuz kampaniya maliyyələşdirməsi ittihamları üzrə bəraət qazandırsa da, “cinayətkar təşkilat yaratmaq” ittihamı ilə 5 il həbs cəzasına məhkum edib. Apelyasiya şikayətinə baxmayaraq, qərarın xarakteri səbəbindən Sarkozi 2025-ci il oktyabrın 21-də həbsxanaya daxil olub və 20 gün sonra məhkəmə nəzarəti altında azadlığa buraxılıb. “Liviya işi” üzrə apelyasiya qərarının noyabrın 30-da açıqlanacağı gözlənilir.