Qərbi Azərbaycan Xronikası: "İran" adından əvvəl Səfəvilər, Əfşarlar, Qacarlar gerçəyi var"
Pakistanın baş naziri Əfqanıstanla sərhəddə baş vermiş silahlı toqquşmalardan danışıb
“İstəyirlərsə, həbsxanada yatacağam”
Fransanın sabiq Prezidenti Nikola Sarkozi oktyabrın 21-də həbsxanaya yerləşdiriləcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “AFP” agentliyi məlumat yayıb.
Məlumata görə, Sarkozi “Liviya işi” üzrə aldığı 5 il azadlıqdan məhrumetmə cəzasını Parisin 14-cü dairəsindəki Sante həbsxanasında çəkəcək.
Qeyd edək ki, sentyabr ayında Paris məhkəməsi 70 yaşlı siyasətçini mərhum Liviya lideri Muammar Qəddafidən seçki kampaniyasının maliyyələşdirilməsi üçün milyonlarla avro qəbul etməkdə təqsirli bilərək, onu 5 il müddətinə azadlıqdan məhrum edib.
Eks-Prezident isə ittihamları rədd edərək özünü siyasi motivli təqibin qurbanı adlandırıb. Onun vəkilləri məhkəmə qərarından kassasiya şikayəti verməyi planlaşdırır.
“Əgər istəyirlərsə, mən həbsxanada yatacağam, amma bunu başım dik şəkildə edəcəyəm”, – deyə Sarkozi qərarın elanından sonra bildirib.