Xəbər Lenti
24-10-2026, 09:13
“Türkiyə ilə Azərbaycanın bağları müvəqqəti fikir ayrılıqlarından daha dərindir” - Bağçalı
23-10-2026, 18:16
“Shirvan Operating Company Ltd” ərazi partiya təşkilatında YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib
“Barselona” zirvəni əldən verdi

İspaniya La Liqasının 24-cü turunda “Jirona” evdə “Barselona” ilə üz-üzə gəlib.
“Qafqazinfo” xəbər verir ki, qarşılaşma ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Matçın diqqətçəkən anlarından biri “Barselona”nın futbolçusu Lamin Yamalın təyin olunmuş penalti zərbəsini dəqiq yerinə yetirə bilməməsi olub. Bu, futbolçunun peşəkar karyerasında əsas vaxtda reallaşdıra bilmədiyi ilk rəsmi penalti hesab olunur.
Bu nəticədən sonra “Barselona” 58 xalla turnir cədvəlinin ikinci pilləsində qalıb. “Jirona” isə 29 xalla 12-ci sıradadır. Turnir cədvəlinin lideri 60 xalla “Real Madrid”dır.






















































