Xəbər Lenti
9-09-2026, 18:11
Türkiyə Uluslararası Elmlər Akademiyasının fəxri professoru, hüquq elmləri üzrə fəlsəfə doktoru və tanınmış şair Raqif Nazimoğlunun təqdimatında
9-09-2026, 17:40
QHT sədri İmişli rayonunda 70 aztəminatlı ailənin uşaqlarına məktəb geyimləri və ləvazimatlarə təqdim edib
Levandovski het-trik etdi

İspaniya La Liqasının 12-ci turunda “Barselona” səfərdə “Selta” üzərində 4:2 hesablı qələbə qazanıb.
“Qafqazinfo” xəbər verir ki, kataloniyalıların heyətində Robert Levandovski het-trik edib, bir qolu isə Lamin Yamal vurub.
Meydan sahiblərinin qollarını isə Sersio Kareyra və Borxa İqlesias qeydə alıblar. Oyunun sonlarında “Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan qovulub.
Bu qələbədən sonra Hansi Flikin rəhbərlik etdiyi komanda 28 xalla turnir cədvəlində 2-ci yerə yüksəlib. Lider “Real”ın isə 31 xalı var.






















































