Menu
Xəbər Lenti
Vinisiusun evi yandı
Bugün, 05:45

Vinisiusun evi yandı

18 aylıq cəzalandırıldı
8-10-2025, 06:02

18 aylıq cəzalandırıldı

Meloni məhkəməyə verildi
8-10-2025, 05:59

Meloni məhkəməyə verildi

29 Mrt 21:53Dünya

Misirdə ağır yol qəzaları baş verib

Misirin Nil deltası bölgəsindəki Şərqiyə vilayətində yük avtomobilinin mikroavtobusla toqquşması nəticəsində azı 6 nəfərin öldüyü bildirilir. Ağır yol qəzasında yaralanan 13 nəfər isə xəstəxanaya çatdırılıb.

AZƏRTAC “Əl Əhram” qəzetinə istinadla xəbər verir ki, Misirin Səhiyyə Nazirliyi yol qəzasında xəsarət alan sərnişinlərdən dördünün vəziyyətinin ağır olduğunu bildirib. Şərqiyə prokurorluğu insidentlə bağlı cinayət işi açıb.

Daha bir ağır yol qəzası Misirin Qahirə-Süveyş avtomagistralında baş verib. Bu insident nəticəsində 4 nəfər ölüb, 12 sərnişin xəsarət alıb.