Xəbər Lenti
Dün, 13:04
Azərbaycanın enerji təhlükəsizliyi və yaşıl inkişaf strategiyasının yeni mərhələsi başlayır
Dün, 08:46
Yaşıl enerjiyə keçid və güclənən enerji təhlükəsizliyi: Azərbaycanın regional və qlobal missiyası
28 Ağu 06:46Dünya
Moskvaya uçan PUA vurulub
Rusiyanın Hava Hücumundan Müdafiə Qüvvələri Moskva yaxınlığındakı Lyuberts rayonunda paytaxt istiqamətində uçan pilotsuz uçuş aparatını (PUA) vurub, itki və dağıntı yoxdur.
“Report” xəbər verir ki, bu barədə Rusiya paytaxtının meri Sergey Sobyanin teleqram kanalında bildirib.
"Bu gün Lyubertsı rayonunda Hava Hücumundan Müdafiə Qüvvələri Moskvaya doğru uçan pilotsuz uçan aparatı məhv edib. İlkin məlumata görə, tələfat və dağıntı yoxdur. Hadisə yerində fövqəladə xidmətlər işləyir", - o yazıb.
Bundan əvvəl Müdafiə Nazirliyi Rusiyanın hava hücumundan müdafiə qüvvələrinin Bryansk vilayəti üzərində iki PUA-nı vurduğunu bildirib.























































