Xəbər Lenti
Bugün, 12:29
Sadə dəyişikliklə sağlamlıq: Bir çimdik kakao ilə səhər içdiyiniz kofe daha faydalı ola bilər
7-04-2026, 17:36
Qəbirlər su altında, məsuliyyət isə havada – Abşeronda laqeydliyin acı Nəticəsi: Başçı Abdin Fərzəliyev HARADADIR? Bələdiyyə sədri niyə susur?
Tahir Gözel Müşahidə Şurasının sədri oldu
Azərbaycanın aparıcı sənaye qruplarından olan "Azərsun Holdinq”in idarəetməsində strateji dəyişiklik həyata keçirilib.
"Azərsun Holdinq”dən Qaynarinfo-ya verilən xəbərə görə, Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri vəzifəsinə Tahir Gözel təyin edilib. Bu dəyişiklik ailə biznesinin növbəti nəslə etibarını və holdinqin müasir, innovativ idarəçilik modelinə keçidini simvolizə edir.
Tahir Gözel Şeffild Universitetinin Menecment fakültəsinin və Fransa Sup de Co Universitetinin məzunudur. O, "Greentech” və digər qlobal şirkətlərə rəhbərlik etməklə yanaşı, ölkəmizdə süni intellekt və İT sahəsində ən müasir standartlara cavab verən "Proxima” şirkətinin qurucusudur.
Yeni sədr "Azərsun Holdinq”in ixrac coğrafiyasını hazırkı 40 ölkədən 60-a çatdırmağı, istehsalatda AI əsaslı optimallaşdırmanı tətbiq etməyi və "Made in Azerbaijan” brendini dünyaya tanıtmağı hədəfləyir.
O, həmçinin "Qarabağ” Futbol Klubunun rəhbəri, 6 xarici dildə sərbəst danışan iş adamıdır, ailəlidir, 3 övladı var.






















































