Cəlilabadda “Toyota” aşdı - Yaralılar var

Cəlilabadda yol-nəqliyyatı hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Əsədli kəndində qeydə alınıb.
Belə ki, “Toyota Prado” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb.
Qəza nəticəsində 4 nəfər xəsarət alıb. Yaralılar rayon xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Surxay Şahbazov






















































