Xəbər Lenti
20-12-2024, 07:29
“Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizə hər birimizin vəzifəsidir”
02 Eyl 13:57Dünya
Çində 74 ilin ən güclü təbii fəlakəti: Ölən və yaralananlar var
Çinin cənubundakı Quandun əyaləti “Saola” qasırğasının əsarətindədir. Küləyin sürətinin saatda 200 kilometrdən çox olduğu təbiət hadisəsi ölkədə son 74 ilin ən güclü qasırğası hesab olunur.
Məlumata görə, bir çox ərazilərdə güclü yağışlar daşqınlara səbəb olub, ağaclar kökündən çıxıb, qırılıb, torpaq sürüşmələri baş verib. Təbii fəlakət nəticəsində, ilkin məlumata görə, bir nəfər həlak olub, 50-dən çox insan xəstəxanalıq olub.
Honkonqda və Quandunda yüzlərlə aviareys ləğv edilib, müəssisələr, məktəblər və maliyyə bazarları bağlanıb.