Menu
Xəbər Lenti
Bu ərazilərdə leysan var
20-07-2026, 09:45

Bu ərazilərdə leysan var

Vens 4-cü dəfə ata oldu
20-07-2026, 09:41

Vens 4-cü dəfə ata oldu

Şəhid övladları Fransada
19-07-2026, 09:29

Şəhid övladları Fransada

Ağstafaya sel gəldi
19-07-2026, 08:45

Ağstafaya sel gəldi

Hərbçimiz həlak oldu
18-07-2026, 09:18

Hərbçimiz həlak oldu

Sən kimə dua edirsən?..
18-07-2026, 09:14

Sən kimə dua edirsən?..

İsrail parlamenti buraxıldı
17-07-2026, 11:48

İsrail parlamenti buraxıldı

24 Ara 18:10Dünya

Yaponiyada güclü qar fəsadlar törədib

Son günlər Yaponiyanın şimal ərazilərinə yağan güclü qar bir sıra prefekturalarda fəsadlar törədib. Təbii fəlakət nəticəsində artıq 9 nəfərin həyatını itirdiyi bildirilir.

AZƏRTAC xəbər verir ki, “Tohoku Electric Power Network” şirkətinin yaydığı məlumata görə şənbə günü səhər saatlarında Yapon dənizi sahillərində yerləşən Niiqata prefekturasında təqribən 6800 ev təsərrüfatı elektrik enerjisiz qalıb. Güclü küləyin və qarın ağırlığının aşırdığı ağaclar elektrik xətlərində qəzalara səbəb olub.

Bununla yanaşı, Yaponiyanın şimalında yerləşən Hokkaydo prefekturasının elektrik enerjisi şirkəti də 7500-dən çox ev təsərrüfatına elektrik enerjisinin verilişinin kəsildiyini bildirib. “Hokkaido Electric Power Network” şirkətinin yaydığı məlumatda qeyd edilir ki, elektrik enerjisini ötürən polad dirək aşdığına görə, enerjinin verilişinin nə vaxt bərpa ediləcəyi bilinmir.

Dekabrın 23-də Hokkaydo prefekturasının rəhbərliyi özünümüdafiə qüvvələrinin komandanlığına müraciət edərək, təbii fəlakətlə əlaqədar yardım göstərilməsini xahiş edib.

Güclü qar və külək hava nəqliyyatının hərəkətində də problemlər yaradıb. Şənbə günü səhər saat 6-ya olan son məlumatlara görə, “Japan Airlines” və “All Nippon Airways” aviaşirkətləri bir sıra aeroportlara reysləri təxirə salıb.