Xəbər Lenti
20-12-2024, 07:29
“Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizə hər birimizin vəzifəsidir”
01 Ara 15:47Dünya
Salim Əl-Malik: Bu gün İslam aləmində qadınların təhsildə rolu artır
İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) baş qərargahında “Qadınların ali təhsildə liderliyi: Kontekst, çağırışlar və perspektivlər” mövzusunda keçirilən beynəlxalq konfransda zərif cinsin nümayəndələrinin İslam ölkələrində ali təhsilin inkişafında rolu müzakirə edilib.
Təşkilatın baş qərargahından AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən ICESCO-nun Baş direktoru Salim Əl-Malik qadınların cəmiyyətdə, o cümlədən təhsildə mühüm rolundan bəhs edib. O vurğulayıb ki, qadınlar bütün sahələrdə, eyni zamanda, təhsildə təşəbbüsü ələ alanda bəşəriyyət tərəqqiyə nail olur. “Tarixdə bir çox məşhur qadın alimlər olub və onlar gender üzrə ayrı-seçkiliyə rəğmən böyük nailiyyətlər əldə ediblər. Bu gün İslam aləmində qadınların təhsildə rolu artır və bu sahədə mühüm irəliləyiş var. Lakin bəzi yoxsul ölkələrdə onların universitetlərdə təmsilçiliyi, elmi tədqiqatlarda iştirakı yetərli səviyyədə deyil. Bu məsələdə varlı ölkələrin öz qardaşlarına yardımı zəruridir”, -deyə Baş direktor vurğulayıb.
Konfransda çıxış edən Mavritaniyanın birinci xanımı Məryəm Mint Dah, Səudiyyə Ərəbistanının Şahzadə Nura Universitetinin təsisçisi və rektoru Nura bint Əbdürəhman, Şimali Afrika və Yaxın Şərqin ali təhsil ocaqlarının rəhbərləri və alimlər qadınların ali təhsildə daha çox təmsil olunması istiqamətində həyata keçiriləcək layihə və təşəbbüslərdən danışıblar. Çıxışlarda vurğulanıb ki, İslam ölkələrinin universitetləri arasında qadın əməkdaşlar və elmi tədqiqatçıların mübadiləsi məqsədilə ICESCO-nun vasitəçiliyi ilə proqramlar həyata keçirilməli, Uzaq Şərqdən və Mərkəzi Asiyadan tutmuş Avropaya qədər bütün qitələrdə yüksəkixtisaslı kadrlar bu prosesə cəlb olunmalıdır.