Xəbər Lenti
20-12-2024, 07:29
“Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizə hər birimizin vəzifəsidir”
21 Ock 03:04Dünya
Britaniyanın Baş naziri təhlükəsizlik kəməri taxmadığına görə cərimələnib
Böyük Britaniyanın Baş naziri Rişi Sunak avtomobildə təhlükəsizlik kəmərini taxmadan oturduğu üçün cərimələnib.
AZƏRTAC xəbər verir ki, bu barədə İngiltərənin şimal-qərbində yerləşən Lankaşir qraflığı polisinin yaydığı məlumatda deyilir.
Böyük Britaniya polisi Baş nazirin təhlükəsizlik kəmərindən istifadə etmədiyini göstərən videoya baxaraq cərimə tətbiq edib.
“Sosial mediada Lankaşirdə hərəkətdə olan avtomobildə sərnişinin təhlükəsizlik kəmərindən istifadə etmədiyini əks etdirən videonun yayılmasından sonra biz Londondan olan 42 yaşlı kişiyə yanvarın 20-də cəriməni ödəmək üçün şərti təklif göndərdik”, - deyə məlumatda bildirilir. Adətən polisin açıqlamasında şəxsin adı verilmir, lakin bütün məlumatlar söhbətin hökumət başçısından getdiyini göstərir.
Hökumət başçısının nümayəndəsi onun adından üzr istəyib: "Bu, səhv qərar idi. Baş nazir kiçik bir video-mesaj yazmaq üçün kəmərini açmışdı. O, bunun səhv olduğunu etiraf edir və buna görə üzr istəyir. Baş nazir əlbəttə ki, cərimənin şərtlərini yerinə yetirəcək", - deyə hökumət başçısının nümayəndəsi Sky News telekanalına bildirib.
Polisin protokolunda cərimənin məbləği göstərilməyib. Böyük Britaniyada sürücü və ya sərnişin maşın sürərkən təhlükəsizlik kəmərindən istifadə etməsə, 100-500 funt-sterlinq məbləğində cərimələnir.
Bununla da Sunak tarixdə vəzifədə olarkən cərimələnən ikinci Baş nazir olub. Birincisi Boris Conson idi (2019-2022-ci illərdə hökumətə rəhbərlik edib). O, koronavirus məhdudiyyətlərinə baxmayaraq, pandemiyanın geniş yayıldığı vaxtda Baş nazirin iqamətgahında keçirilən spirtli içki məclislərində iştirak etdiyinə görə cərimələnib. Eyni qanun pozuntusuna görə o vaxt maliyyə naziri vəzifəsini icra edən Sunaka da cərimə kəsilmişdi.