Sadır Japarov: “Ölkələrimiz bundan sonra da hərbi-texniki sahədə əməkdaşlıqda maraqlıdır”
Üzərinə qaynar qazan aşıran Nərminin anası: “Evimizə qayıtmaq üçün borc pul almışıq”
Bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı adlandırırlar
Azərbaycançılıq idealogiyasının yaradıcısı və banisi Ulu Öndər Heydər Əliyev Azərbaycanda güc strukturunu yaratmışdır -Könül Nəbizadə
Britaniyada Baş nazirlə bağlı aparılan istintaq yekunlaşıb
Böyük Britaniyanın Baş naziri Rişi Sunakın həyat yoldaşı Akşata Murtinin biznes bəyannaməsini doldurarkən etdiyi səhv qəsdən edilməmiş hesab edilib.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Britaniya parlamentinin standartlar üzrə komissarı Daniel Qrinberq bildirib.
İstintaqın aparılmasına səbəb Akşata Murtinin uşaqlara baxan “Koru Kids” şirkətində pay sahibi olmasıdır. Belə ki, Baş nazirin həyat yoldaşı şirkətdə pay sahibi olduqdan sonra Böyük Britaniya Xəzinədarlığı azyaşlı uşaqları olan ailələrə uşaq bağçalarında maddi dəstəyin həcmini artırıb.
Qrinberq agentliyin qərarından Sunakın həyat yoldaşının faydalana biləcəyini öyrənməli idi.
“Məndə olan məlumatları nəzərdən keçirdikdən sonra qərara gəldim ki, davranış kodeksinin pozulması, deyəsən, qəsdən baş verməyib”, - komissar deyib. O, Britaniyanın baş nazirinə qarşı işin bağlandığını vurğulayıb.