Xəbər Lenti
Bugün, 13:36
Azərbaycan və Rusiya arasında tranzit yükdaşımaların inkişafı ilə bağlı Saziş imzalandı
07 Ara 15:47Hadisə
Şəmkirdə qətlə yetirilən 33 yaşlı qadın üç uşaq anası olub - TƏFƏRRÜAT + YENİLƏNİB
Şəmkir rayon Könüllü kəndində qətlə yetirilən 33 yaşlı qadın 3 uşaq anası olub.
“Report”un məlumatına görə, Könüllü kəndində Seyfəli kənd sakini, 1989-cu il təvəllüdlü Aynurə Elman qızı Orucova aldığı çoxsaylı bıçaq xəsarətlərindən dünyasını dəyişib.
Hadisəni törətməkdə şübhəli bilinən isə onun həyat yoldaşı, 1983-cü il təvəllüdlü Mahiyyəddin Nidayət oğlu Atakişiyevdir. O, polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Cütlüyün 3 övladı var və ailə M.Atakişiyevin ata evində yaşayıb. Hadisə də həmin evdə baş verib.
Hadisənin başvermə səbəbləri tam məlum deyil.
Qadının həyat yoldaşı öz xalası oğlu olub.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
16:38
Şəmkirdə 33 yaşlı qadın qətlə yetirilib.
Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, Şəmkir rayonunun Könüllü kəndi ərazisində 1989-cu il təvəllüdlü Aynurə Orucovanın öldürülməsi barədə rayon prokurorluğuna ilkin məlumat daxil olub.
Aparılmış araşdırmalarla zərərçəkmişin əri 1983-cü il təvəllüdlü Mahiyyəddin Atakişiyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Aynurə Orucovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Mahiyyəddin Atakişiyev şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.
Hazırda iş üzrə istintaq davam edir.