Taleh Məmmədov: Zamin Fərzinin yeni təyinatı səhiyyəyə göstərilən etimadın ifadəsidir
Elmə və təhsilə həsr olunan mənalı ömür – El ağsaqqalı Soltanağa Cəfərovun 76 illik yubileyi münasibətilə təbrik
Qəhrəmanın gündəliyi..Azərbaycanın qəhrəman oğlu, XTQin baş giziri Şərafəddin Sərdar oğlu Xankişiyev (Kod adı: Xanış) danışır...
“Azər Türk Bank” istehlak kreditləri kampaniyasının müddətini daha sərfəli şərtlərlə uzatdı
Bakıda 51 yaşlı kişi qətlə yetirildi - Yenilənib
Avqustun 4-də saat 01:00 radələrində paytaxtın Nəriman rayonu ərazisində evlərin birində 1973-cü təvəllüdlü Qasımov Ülvi Qeys oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Bu barədə “Qafqazinfo”ya DİN-in mətbuat xidmətindən bildirilib.
Belə ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1989-cü il təvəllüdlü Muxtarov Hikmət Oktay oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.
İlkin məlumata görə hadisə şəxsi münasibətlər zəminində baş verib.
Araşdırma aparılır.
***
Avqustun 4-də saat 01:00 radələrində paytaxtın Nərimanov rayonu, Əliyar Əliyev küçəsində 1973-cü il təvəllüdlü Ülvi Qasımovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə “Qafqazinfo”ya Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Araşdırmalarla 1989-cu il təvəllüdlü Hikmət Muxtarovun aralarında yaranmış mübahisə zamanı tanışı Ülvi Qasımova bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Hikmət Muxtarov iş üzrə şübhəli şəxs qismində tutulub.























































