Menu
Xəbər Lenti
09 Ağu 17:11Gündəm

“Gənclik” stansiyasında iş rejimi dəyişdiriləcək


“Gənclik” stansiyasında iş rejimi dəyişdiriləcək




Avqust ayının 10-da “Qarabağ” Futbol Klubunun Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcəyi beynəlxalq oyunla əlaqədar idman arenası yaxınlığında yerləşən “Gənclik” metro stansiyasının iş rejiminə dəyişiklik ediləcək.
Bakı metropoliteninin kütləvi-mədəni tədbirlərlə əlaqədar əməliyyat planı əsasında qarşılaşmanın başlanma saatına doğru stansiyada gücləndirilmiş iş rejimi tətbiq olunacaq. Əlavə işçi qüvvəsi ayrılmaqla növbətçilik cədvəli tərtib ediləcək, stansiyadan stadiona yollanacaq sərnişinlər yönləndiriləcək, onların rahatlığı və təhlükəsizliyi məqsədilə tənzimləmə işləri görüləcək.
Futbol oyunu başa çatdıqdan sonra arenadan gələn sərnişin axınının tənzimlənməsi və nizamlı hərəkətinin təşkilinə diqqət yetiriləcək. Sərnişinlərin rahat və təhlükəsiz daşınması məqsədilə qatarların hərəkəti intensivləşdiriləcək. Bu məqsədlə ehtiyat qatarlardan istifadə olunacaq.
Onu da əlavə edək ki, həmin gün “Neftçi” Futbol Klubunun “Neftçi Arena”da keçiriləcək beynəlxalq oyununa da maraq nəzərə alınaraq, “Xalqlar dostluğu” stansiyasında nəzarət mexanizmləri gücləndiriləcək.
Ümumən, yay qrafikinin tələbləri qüvvədə saxlanılmaqla, gün ərzində stansiyaların iş rejimi, sərnişin axını və qatarların hərəkəti nəzarətdə saxlanılacaq, lazım olan vaxt xəttə ehtiyat qatar çıxarılacaq.