Menu
Xəbər Lenti
2025-ci ilin sözü bu oldu
2-12-2025, 05:15

2025-ci ilin sözü bu oldu

Millimiz Bakıda uduzdu
1-12-2025, 04:52

Millimiz Bakıda uduzdu

Vasif İmanova ağır itki
30-11-2025, 09:38

Vasif İmanova ağır itki

Messi dünya rekordu qırdı
30-11-2025, 09:30

Messi dünya rekordu qırdı

18 Ağu 15:25Gündəm

Bu şəxslərə Azərbaycanda işləmək və təhsilini davam etdirmək hüququ verildi


Bu şəxslərə Azərbaycanda işləmək və təhsilini davam etdirmək hüququ verildi




Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının sahiblərinə Azərbaycanda işləmək və təhsilini davam etdirmək hüququ verilib.
Bu, Prezident İlham Əliyevin Fərmanı ilə təsdiqlənən "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"nda əksini tapıb.
Qeyd edilib ki, bu Qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 27.4-cü və 29.0.21-ci maddələrinə əsasən hazırlanmışdır və xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması (bundan sonra – tanınma) ilə bağlı təşkilati və hüquqi məsələləri tənzimləyir.
Tanınma xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının sahiblərinə Azərbaycan Respublikasında təhsilini davam etdirmək və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququnu verir.
Tanınma Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi (bundan sonra – Agentlik) tərəfindən həyata keçirilir.
Tanınma Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının digər qanunları, bu Qaydalar, Azərbaycan Respublikası Prezidentinin digər fərmanları, həmçinin sərəncamları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamları, habelə Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarının tələbləri nəzərə alınmaqla həyata keçirilir.