Keçmiş daxili işlər nazirinin müavini, polkovnik Natiq Məmmədağa oğlu Talıbov vəfat edib
Bakıda II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumu bədii hissə ilə bitdi
“Azərbaycan Ordusu güclü dövlətçiliyimizin və milli təhlükəsizliyimizin möhkəm təməlidir”
Zərniyar Kərimova: “26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü milli qürur və qəhrəmanlıq bayramıdır”
Zaur Muradov: “26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü xalqımızın qürur və şərəf bayramıdır”
BŞTİ-nin müdiri: "Çox sevindiricidir ki, işğaldan azad olunmuş torpaqlarımızda zəng sədaları səslənir"
"Çox sevindiricidir ki, bu gün işğaldan azad olunmuş torpaqlarımızda zəng sədaları səslənir və oranı uşaqların gülüş səsi bürüyür".
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva 247 nömrəli tam orta məktəbdə qeyd olunan Bilik Günü tədbirdə deyib.
"Bu gün bütün təhsil müəssisələrində bayramdır. Öncəliklə bütün şagirdləri, xüsusən birinciləri Bilik Günü ilə əlaqədar təbrik edirəm. Hər birinə uğurlar arzu edirəm. Çox sevinir, həm də qürur duyuruq ki, işğaldan azad olunmuş torpaqlarımızda zəng çalınır. Arzu edirəm ki, torpaqlarımızda hər zaman belə zənglər çalınsın və oranı uşaqların gülüş sədası bürüsün".
M.Vəliyevə həmçinin vurğulayıb ki, təhsil müəssisələrində qarşıya qoyulan əsas məqsəd Azərbaycan dilinin dövlət dili kimi tədrisi səviyyəsinin daha da yaxşılaşdırılmasıdır: "Bir sıra layihələrimiz var ki, onları həyata keçirmək istəyirik. Ən əsas məqsədimiz isə bu il də tədrisin keyfiyyətinin daha da artırılmasıdır".
Qeyd edək ki, işğaldan azad olunan ərazilərimizdəki məktəblərdə yeni tədris ilində ilk zəng çalınır. Bura Zəngilan rayonu Ağalı kənd tam orta məktəbi, Tərtər rayonu Talış kənd tam orta məktəbi, Füzuli şəhər 1 nömrəli tam orta məktəb və Laçın şəhər 2 nömrəli tam orta məktəbi aiddir.






















































