Menu
Xəbər Lenti
“Qaynarinfo” 17 yaşında
25-04-2024, 11:41

“Qaynarinfo” 17 yaşında

BÖYÜK ƏQİDƏ UĞRUNDA
24-04-2024, 10:42

BÖYÜK ƏQİDƏ UĞRUNDA

Azərbaycanda zəlzələ olub
23-04-2024, 08:38

Azərbaycanda zəlzələ olub

07 Kas 16:29Manşet / Gündəm

QDİƏT Parlament Məclisinin Baş katibi Prezident İlham Əliyevi təbrik edib

 

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyevdən Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

AZƏRTAC xəbər verir ki, məktubda deyilir:

“Möhtərəm cənab Prezident!

Sizi tariximizə qızıl hərflərlə yazılmış Zəfər Günü münasibətilə ürəkdən təbrik edir, işlərinizdə uğurlar, möhkəm cansağlığı arzulayıram.

Bu günü Azərbaycan xalqı 30 il həsrətlə gözləyirdi. Sizin ardıcıl siyasətiniz, qətiyyətli addımlarınız nəticəsində müzəffər ordumuz torpaqlarımızı işğaldan azad etdi və ölkəmiz öz suverenliyini bərpa etdi. Azərbaycan dünyada çox az sayda olan ölkələrdəndir ki, torpaqlarının 20 faizini itirdikdən sonra gücünü toplayıb ərazi bütövlüyünü bərpa etdi. Bu, Sizin rəhbərliyiniz altında mümkün oldu.

Bu günlərdə Azərbaycan xalqı 9 Noyabr - Dövlət Bayrağı Gününü, 12 Noyabr - Konstitusiya Gününü, 17 Noyabr - Milli Dirçəliş Gününü qeyd edir. Heç təsadüfi deyil ki, məhz bir neçə gün əvvəl Siz Xankəndidə Azərbaycanın Dövlət Bayrağını ucaltdınız və ölkəmizdə yaşayan hər bir ailəyə sevinc hissi bəxş etdiniz.

Cənab Prezident, Sizin xalqımızın milli dəyərlərinə əsaslanan, Azərbaycanın bütövlüyü uğrunda həyata keçirdiyiniz siyasət xalqımız tərəfindən yüksək qiymətləndirilir. Sizə cansağlığı, böyük uğurlar və ailə səadəti arzu edirəm”.

Bizimlə əlaqə saxlayın