Menu
Xəbər Lenti
Romada matəm elan edildi
5-11-2025, 05:43

Romada matəm elan edildi

15 istiqamətdə tıxac var
3-11-2025, 05:25

15 istiqamətdə tıxac var

25 Nis 08:36Manşet / Gündəm

Xankəndidə separatçılıq rəmzləri sökülür

 

Xankəndidə vaxtilə mövcud olmuş separatçı rejimin yazı və rəmzləri sökülməyə davam edir.

Bu barədə hərbi ekspert Ədalət Verdiyev “Facebook” sosial şəbəkəsində paylaşım edib.

“Separatçı rejimin Xankəndidəki yazı və rəmzləri sökülür. Bu mövzunu birdəfəlik bağlayaq”, - deyə Ədalət Verdiyev bildirib.

Qeyd edək ki, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Qarabağda separatizmə qarşı antiterror tədbirləri keçirib.

Nəticədə regionda separatizmə son qoyulub və Azərbaycan bütün ərazilərində suverenliyini təmin edib.