Mehriban Əliyevanın fəaliyyəti sübut edir ki, dövlət gücü yalnız hüquqi mexanizmlərlə deyil
Məktəbi xarici ölkədə bitirən şəxslər Azərbaycanda ali təhsil almaq üçün hansı sənədləri təqdim etməlidirlər?
Sahibkarların nəzərinə: Aqrar müəssisələrin baş planlarına dair tələblər təsdiqləndi
"Nike" şirkətinə qarşı araşdırma başlandı: Məşhur brend irqi ayrı-seçkilikdə ittiham olunur
ABŞ nadir torpaq elementlərinin istehsalını artırır - Çindən asılılıq narahatlıq yaradıb
“Expressbank” Ağdamda ağacəkmə aksiyası keçirdi

“Expressbank” sosial məsuliyyət strategiyasına sadiq qalaraq “Təbiətə qayğı - Gələcəyə miras” layihəsi çərçivəsində həyata keçirdiyi ənənəvi ağacəkmə aksiyasını bu il “Zəfər naminə!” şüarı altında 44 Günlük Vətən Müharibəsindəki zəfərimizin 5-ci ildönümünə həsr edib.
Zəfər Günü münasibətilə keçirilən bu aksiya Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə “Expressbank” əməkdaşları tərəfindən Ağdamın Sarıcalı kəndində təşkil edilib.
Aksiya çərçivəsində əraziyə 200 ədəd Yapon əzgili, Xan çinarı və Eldar şamı kimi iqlim şəraitinə uyğun, uzunömürlü ağac növləri əkilib. Bu təşəbbüs azad edilmiş torpaqlarda ekoloji tarazlığın bərpasına və yaşıllıqların artırılmasına töhfə verməklə yanaşı, şəhidlərimizin xatirəsinə ehtiram rəmzi kimi həyata keçirilib.
Layihə “Expressbank”ın dayanıqlı bankçılıq prinsiplərinə əsaslanaraq cəmiyyətə, ətraf mühitə və gələcək nəsillərə dəyər qatmaq məqsədini daşıyır. Bank sosial məsuliyyət strategiyası çərçivəsində həyata keçirdiyi ekoloji təşəbbüslərlə ölkənin yaşıl gələcəyinə töhfə verməyə, ətraf mühitin qorunmasına və dayanıqlı inkişaf məqsədlərinin reallaşmasına daim dəstək göstərir.
Qeyd edək ki, 2025-ci il ərzində “Expressbank” Böyük Zəfərin 5-ci ildönümünün əhəmiyyətini bir sıra silsilə tədbirlərlə vurğulayıb. Belə ki, Bank “YAŞAT” Xeyriyyə Marafonuna 50 000 AZN ianə ilə qoşularaq şəhid övladlarının təhsil imkanlarının genişlənməsinə və onların gələcəyinin formalaşmasına qayğısını ifadə edib.
“Expressbank” Bakı və regionlarda 16 filialı ilə fəaliyyət göstərir. Bankın məhsul və xidmətləri ilə www.expressbank.az saytından, 132 Məlumat Mərkəzindən və ya sosial şəbəkələrdəki rəsmi səhifələrindən tanış ola bilərsiniz.






















































