Menu
Xəbər Lenti
27 Haz 11:32Manşet / Gündəm / İdman

Leandro Andrade də “Qarabağ”dan getdi - Rəsmi

 

“Qarabağ”ın daha bir ulduz futbolçusu komandanı tərk edib.

“Qafqazinfo” xəbər verir ki, Leandro Andrade Ukraynanın “Polesye” klubuna transfer edilib.

Bu barədə klub məlumat yayıb. Bildirilib ki, Ukrayna klubunun təklifi və yarımmüdafiəçinin istəyi nəzərə alınaraq müsbət cavablandırılıb. Klublar arasında aparılan danışıqlar uğurla yekunlaşıb və tərəflər arasında razılıq əldə olunub.

Qeyd edək ki, kabo-verdeli futbolçu 2022-ci ilin yanvarından “Qarabağ”ın formasını geyinir. O, komandanın heyətində 2021-2022, 2022-2023, 2023-2024 və 2024-2025-ci illər mövsümlərində Azərbaycan çempionu olub, 2021-2022 və 2023-2024-cü illər mövsümlərində Azərbaycan kubokunu qazanıb.

“Qarabağ”ın 2023-2024-cü illər mövsümündə UEFA Avropa Liqasının 1/8 finalına, 2025-2026-cı illər mövsümündə UEFA Çempionlar Liqasının pley-offuna yüksəlməsində əməyi olan Andrade 2022-2023 və 2024-2025-ci illər mövsümlərində UEFA Avropa Liqasının əsas, 2021-2022 və 2022-2023-cü illər mövsümlərimdə UEFA Konfrans Liqasının pley-off mərhələlərinin iştirakçısı olub.

Leandro “Qarabağ”da keçirdiyi ümumilikdə 213 matçda 60 qol vurub. O, “Qarabağ”da oynadığı müddətdə Avropa miqyaslı klub turnirlərinin tarixinə düşüb. Belə ki, əsas mərhələlərin üç fərqli matçının 1-ci dəqiqəsində qol sevinci yaşayan ilk və yeganə oyunçudur.

Onu da bildirək ki, L.Andrade “Qarabağ” klubunun ən bahalı oyunçusu idi. Onun transfer dəyəri 3,5 milyon avrodur.