Xəbər Lenti
10-04-2026, 10:24
Ağcabədidə Qarabağ və Şərqi Zəngəzur regionundan olan gənclər üçün “Könlüm Qarabağda, Könlüm Zəngəzurda” düşərgəsi başlayıb.
9-04-2026, 12:29
Sadə dəyişikliklə sağlamlıq: Bir çimdik kakao ilə səhər içdiyiniz kofe daha faydalı ola bilər
8-04-2026, 13:15
Qərbi Azərbaycan Amasiya rayon İcmasında Özbəkistan və Tacikistandan gələn şairlər, yazıçılarla görüş keçirildi.
8-04-2026, 11:42
Xırdalanda 1 saylı orta məktəbdə nə baş verir? — Məktəb direktoru pul yığımına başlayıb
“Beşiktaş” “Qarabağ”ın bu futbolçusu üçün 4 milyon avro ödəyəcək
“Qarabağ”ın futbolçusu Leandro Andrade karyerasını Türkiyədə davam etdirməyə yaxındır.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Abola” nəşri məlumat yayıb.
Bildirilib ki, uzun müddətdir “Fənərbağça”nın maraq dairəsində olan 24 yaşlı yarımmüdafiəçi indi də əzəli rəqib “Beşiktaş”ın transfer gündəmindədir. Hətta Kabo Verde millisinin üzvünün meneceri ilə danışıq da olub. İlkin təmasın uğurlu keçdiyi, tərəflərin razılığa gəldiyi vurğulanır.
Andradeni transferi üçün təzminat haqqı 4 milyon avrodur.
Qeyd edək ki, Leandro Andradenin “Qarabağ”la müqavilə müddəti 2027-ci ilin yayına qədərdir.























































