Menu
Xəbər Lenti
28 Ağu 09:02Manşet / Sosial

“Atəşgah” Sığortanın əsas fəaliyyətində müsbət dinamika davam edir

atesgah-sigortanin-esas-fealiyyetinde-musbet-dinamika-davam-edir

2026-cı ilin ilk yarısında “Atəşgah” Sığorta Şirkəti ASC əsas biznes fəaliyyətində müsbət dinamikanı qoruyub.

“Qafqazinfo” xəbər verir ki, hesabat dövründə şirkətin əsas əməliyyat gəlirləri 35,4 milyon manat təşkil edərək ötən ilin eyni dövrü ilə müqayisədə 4,8 milyon manat və ya 15,7% artıb.

Şirkətin ümumi gəlirləri isə 35,7 milyon manat olub. Hesabat dövründə investisiya gəlirləri də müsbət dinamika nümayiş etdirərək 19% artıb və 1,417 milyon manata çatıb.

Sığorta ehtiyyatlarının xalis artımı 2,1 milyon manat təşkil edib. Əsas əməliyyat gəlirlərinin 15,7%  artması şirkətin əsas biznes fəaliyyətində müsbət dinamikanın davam etdiyini göstərir.

Ümumilikdə, 2026-cı ilin ilk yarısının nəticələri “Atəşgah” Sığorta Şirkətinin əsas fəaliyyət istiqamətləri üzrə müsbət dinamikası
(əməliyyat və investisiya gəlirlərindəki artım) şirkətin biznes fəaliyyətinin genişləndiyini və gəlir imkanlarının artdığını nümayiş etdirir.

Şirkət qarşıdakı dövrdə də bu nəticələri daha da inkişaf etdirərək sığorta bazarındakı mövqeyini möhkəmləndirməyi prioritet istiqamətlərindən biri kimi müəyyən edib.