Mehriban Əliyevanın fəaliyyəti sübut edir ki, dövlət gücü yalnız hüquqi mexanizmlərlə deyil
Məktəbi xarici ölkədə bitirən şəxslər Azərbaycanda ali təhsil almaq üçün hansı sənədləri təqdim etməlidirlər?
Sahibkarların nəzərinə: Aqrar müəssisələrin baş planlarına dair tələblər təsdiqləndi
"Nike" şirkətinə qarşı araşdırma başlandı: Məşhur brend irqi ayrı-seçkilikdə ittiham olunur
ABŞ nadir torpaq elementlərinin istehsalını artırır - Çindən asılılıq narahatlıq yaradıb
Bakıda dünya universitetləri ilə görüş - İmkanı

Noyabrın 15-də “Hilton Baku Hotel”də növbəti “CELT Xaricdə Təhsil Sərgisi” keçiriləcək.
“Qafqazinfo” xəbər verir ki, 12:00–17:00 arası baş tutacaq sərgidə giriş bütün ziyarətçilər üçün pulsuzdur.
Bu tədbir Azərbaycan gəncləri üçün dünyanın müxtəlif ölkələrində təhsil almaq imkanı yaradır. Sərgidə Böyük Britaniya, Almaniya, Macarıstan, Türkiyə, BƏƏ və digər ölkələrin nüfuzlu universitetləri iştirak edəcək.
Sərgi ziyarətçiləri universitet nümayəndələri ilə birbaşa görüşə, təqaüd, qəbul şərtləri və viza prosesləri barədə ətraflı məlumat almaq imkanı qazanacaqlar.
“CELT Study Fairs” tərəfindən təşkil olunan bu sərgi artıq illərdir ki, minlərlə tələbənin xaricdə təhsil arzusunu reallaşdırmağa kömək edir. Bu dəfəki sərgidə də çoxsaylı universitetlər yeni proqramlarını, magistr və bakalavr səviyyəsində təqaüd təkliflərini təqdim edəcəklər.
Tədbirdə iştirak etmək üçün qeydiyyatdan keçmək tələb olunur. Qeydiyyat üçün bu linkdən istifadə edə bilərsiniz.
Daha ətraflı məlumat üçün:
+99455 503 59 39
Instagram: celt.study.fairs

























































