Xəbər Lenti
25-05-2026, 09:24
Bakı dünya miqyasında mühüm məsələlərin həlli üçün aparıcı dialoq mərkəzinə çevrilir
24-05-2026, 15:41
HƏP İdarə Heyətinin iclasında Prezident İlham Əliyevin siyasi kursunun uğurları geniş müzakirə edildi
24-05-2026, 14:07
23 may 2026-ci il tarixində "Unikal Xaricdə Təhsil və Hüquqi Konsaltinq Agentliyi"nin təşkilatçılığı ilə “Unikal Xaricdə Təhsil Forumu - 2026” keçirildi.
Dövlət proqramı ilə xaricdə təhsil üçün qeydiyyat bu tarixdə başlayır
“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil almaq üçün müraciətlər iyunun 6-dan etiran başlanılacaq, qəbul açıq elan olunacaq”.
Bu sözləri Təhsil Nazirliyinin 2019-2023-cü illər üzrə Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova bildirib.
O qeyd edib ki, ilkin planlamaya görə, bu, 20 gün davam edəcək: “Növbəti ay ərzində həm müsahibə, həm də müsabiqə başa çatacaq. Avqustda namizədlər elan olunacaq”.
T. Topalova əlavə edib ki, sənədlərin qəbulu elektron şəkildə həyata keçiriləcək və ictimaiyyətə açıqlanacaq: “Sonra ikinci ekspertiza mərhələsi başlanacaq. Bu prosesdən tələblərə cavab verən namizədlər müsahibə mərhələsinə buraxılacaq. Sənədləri 3 ekspert araşdıracaq. Özünə inam və inandırma, mühakimə yürütmə bacarıqları yoxlanacaq. 40 balı toplayanlar müsahibə mərhələsinə keçiriləcək. 80 faiz magistratura, 20 faiz bakalavr mərhələsi üçün namizəd seçimi nəzərdə tutulub”.






















































