"Art Weekend"nçərçivəsində "Nəfəs-söz və səsin vəhdəti" adlı növbəti layihənin təqdimatı keçirildi
Məktəb bitdi, hərbi xidmət də yekunlaşmaq üzrədir... - Həyat kitabında yeni bir səhifə açılır
AAYDA, "7 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı" MMC-nin direktoru Məhəmməd Musayev – “İşinin peşəkarı, dövlətə sədaqət andı, əsl vətəndaş mövqeyi”-MÖVQE
Dayaq Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə dəstək təşkilatı 70 yaxın vətən müharibəsi əlili və müharibə veteranları iştirak ilə “8 noyabr Zəfər Bayramı” ilə əlaqədar ziyafət verildi
Xezertv.info xəbər verir ki, tədbirdən öncə Dövlət Himni səsləndirilib, Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Tədbiri Dayaq təşkilatının sədr müavini Məcid Məmmədov açaraq qeyd etmişdir ki, bu gün biz müstəqil Azərbaycanın ən şanlı, ən qürurlu səhifələrindən birini – 8 Noyabr Zəfər Gününü böyük fəxarət və iftixarla qeyd edirik! Bu gün tariximizin qızıl hərflərlə yazıldığı gündür. Bu gün — xalqımızın 30 illik nisgilinə, işğal acısına son qoyulduğu, torpaqlarımızın azad edildiyi, ədalətin bərpa olunduğu gündür! Azərbaycan Ordusunun, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında xalqımızın birliyi, igid oğullarımızın qəhrəmanlığı nəticəsində 44 günlük Vətən müharibəsində parlaq qələbə qazandıq. Şuşanın azad olunması ilə bu qələbə zirvəyə çatdı, düşmən ordusu darmadağın edildi, üçrəngli bayrağımız yenidən Qarabağ səmasında ucaldı. Bu zəfər təkcə bir hərbi qələbə deyil. Bu zəfər xalqın birliyinin, dövlətin gücünün, vətən sevgisinin təntənəsidir.
Biz bu qələbəni qanı, canı, namusu ilə qoruyan şəhidlərimizin, igid qazilərimizin hesabına qazandıq. Onların hər biri bizim fəxrimiz, qürurumuzdur!
Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə uzun ömür, can sağlığı versin!
Bu gün artıq Qarabağda həyat yenidən qaynayır. Şuşada, Füzulidə, Cəbrayılda, Zəngilanda, Laçında yenidən tikinti, quruculuq işləri aparılır. Doğma yurda qayıdan hər bir vətəndaşımızla birlikdə torpaqlarımız yenidən dirçəlir, “Qarabağ Azərbaycandır!” şüarı artıq bütün dünyada gerçəkliyə çevrilib. Bu qələbə bizə həm də böyük məsuliyyət verir. Çünki bu zəfəri qorumaq, onu əbədiləşdirmək hər birimizin borcudur. Biz gənclərimizi vətənpərvərlik ruhunda tərbiyə etməli, azad Qarabağın sabahını qurmaq üçün çalışmalıyıq. Çünki Zəfər yolu heç vaxt bitmir — o, əbədi inkişaf, güc və birlik yoludur!
Zəfər Gününüz mübarək! Qarabağ Azərbaycandır!
Tədbirdə çıxış edən Dayaq təşkilatının sədri Qalib Əliyev8 Noyabr – Zəfər Günü münasibətilə tədbir iştirakçılarını ürəkdən təbrik edərək qeyd etdi ki, bu möhtəşəm gün Azərbaycan xalqının şərəf və qürur tarixində ən parlaq səhifələrdən biridir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi, igid əsgər və zabitlərimizin rəşadəti, xalqımızın birliyi və sarsılmaz iradəsi nəticəsində 30 ilə yaxın həsrətində olduğumuz torpaqlarımız azad edildi.
Bu Zəfər təkcə hərbi qələbə deyil, həm də milli birliyin, vətənpərvərliyin, milli ruhun təntənəsidir. Bu qələbə hər bir azərbaycanlının ürəyində fəxarət, qürur və sonsuz minnətdarlıq hissi oyadır.
Biz bu gün Zəfər Gününü böyük iftixar hissi ilə qeyd edirik, eyni zamanda şəhidlərimizin müqəddəs xatirəsini dərin ehtiramla yad edirik. Onların qanı, igidliyi və fədakarlığı sayəsində bu torpaqlarda sülh, azadlıq və sabitlik bərqərar olub. Qazilərimizə isə minnətdarlığımız sonsuzdur onların hər biri qəhrəmanlıq salnaməmizin canlı nümunəsidir. Bu qürur dolu gün bizə bir daha xatırladır ki, Azərbaycan xalqı bir olduğu müddətcə qarşısında heç bir qüvvə dura bilməz.
Qoy üçrəngli bayrağımız daim Qarabağ səmasında dalğalansın, Vətənimiz əbədi azad, xalqımız xoşbəxt olsun!
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları təşkilatının sədri Polkovnik Cəlil Xəlilov çıxış edərək qeyd etdi ki, Bu gün biz Azərbaycanın ən şanlı, ən qürurlu günlərindən biri – 8 Noyabr Zəfər Gününü böyük iftixar hissi ilə qeyd edirik!
Bu möhtəşəm tarix Azərbaycan xalqının birliyinin, ordumuzun igidliyinin və Ali Baş Komandanımızın müdrik rəhbərliyinin parlaq təntənəsidir. Bu qələbə asan başa gəlməyib. On illərlə həsrətini çəkdiyimiz doğma torpaqlarımızın azadlığı uğrunda yüzlərlə qəhrəman oğul və qızımız canından keçdi. Onların hər biri bu gün azad və müstəqil Azərbaycanın əbədi qəhrəmanlarıdır. Biz şəhidlərimizin müqəddəs xatirəsi qarşısında baş əyir, qazilərimizə dərin ehtiram və minnətdarlığımızı bildiririk. Qırx dörd günlük Vətən müharibəsi Azərbaycan xalqının bir yumruq kimi birləşdiyi, öz tarixi ədalətini bərpa etdiyi dövrdür.
Həmin günlərdə xalqımız ordusuna dayaq oldu, əsgərimiz Vətən naminə canını fəda etdi və nəticədə düşmən üzərində möhtəşəm Zəfər qazandıq. Bu qələbə ilə Azərbaycan dünyaya sübut etdi ki, bu xalqın iradəsi sarsılmaz, ordusu məğlubedilməz, torpaqları isə bölünməzdir! Bu ruhu qorumaq, onu gənclərə ötürmək bizim borcumuzdur.
Vətən Müharibəsi qazisi Polkovni-leytenant Anar Həsənov və digər qazilərimiz çıxış edərək 44 günlük vətən müharibəsindən danışaraq 8 Noyabr – Zəfər Günü münasibətilə hər kəsi ürəkdən təbrik edərək bu qələbə xalqımızın birliyi, ordumuzun rəşadəti və şəhidlərimizin müqəddəs qanı bahasına qazanıldığını bildirdilər.
Biz qazilər olaraq fəxr edirik ki, bu şanlı tarixdə payımız var və Vətən uğrunda mübarizə aparmaq bizə nəsib olub. Qoy bayrağımız daim azad Qarabağ səmasında dalğalansın! Zəfər Günümüz mübarək olsun!
Qarabağ Azərbaycandır!
Tədbirin sonunda Vətən Müharibəsi Əlilərinə Dayaq təşkilatının hədiyyələri təqdim olundu.





































































