Xəbər Lenti
20-12-2024, 07:29
“Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizə hər birimizin vəzifəsidir”
18 Şub 06:56Cəmiyyət
“Heydər Əliyev və tarixi Zəfərə aparan yol” tamaşası nümayiş olunub
Fevralın 18-də Bakı Gənclər Mərkəzində Xudafərin teatrı, “Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatı, “Müasir İnternet Resurslarının İnkişafı” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilmiş “Heydər Əliyev və tarixi Zəfərə aparan yol” teatr tamaşası nümayiş olunub.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, ərazi bütövlüyümüz uğrunda canından keçən qəhrəmanların, həmçinin Türkiyədə fevralın 6-da baş verən zəlzələ nəticəsində həlak olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan videoçarx nümayiş etdirilib.
Tədbirdə Xudafərin teatrının rəhbəri, “Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatının əməkdaşı Günel Əmirova, təşkilatın sədr müavini Məcid Məmmədov, “Müasir İnternet Resurslarının İnkişafı” İctimai Birliyinin sədri Zamin Zeynal, Milli Məclisin deputatları Elman Nəsirov, Aydın Hüseynov və başqaları çıxış edərək hər bir xalqın tarixində xilaskara çevrilən dahi şəxsiyyətlərin olduğunu, Azərbaycan xalqının tarixində isə həmin vacib missiyanı məhz Ulu Öndər Heydər Əliyevin yerinə yetirdiyini qeyd ediblər. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə bu il ölkəmizdə “Heydər Əliyev İli” elan olunduğunu diqqətə çatdıran natiqlər bütün dünya azərbaycanlılarının, türkdilli xalqların müstəqil Azərbaycanın yaradıcısı və memarı, XX əsr Azərbaycan tarixinin ən parlaq siması olan Ümummilli Liderin 100 illik yubileyini qeyd etdiyini bildiriblər. Qeyd olunub ki, dahi liderin vaxtilə işğal altında olan torpaqların düşmən tapdağından xilas edilməsi üçün həyata keçirdiyi daxili və xarici siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilib. Məhz bunun məntiqi nəticəsidir ki, Prezident İlham Əliyevin qətiyyəti, xalqımızın həmrəyliyi və ordumuzun gücü nəticəsində 44 günlük Vətən müharibəsi Şanlı Zəfərlə sona çatdı. Bildirilib ki, “Heydər Əliyev və tarixi Zəfərə aparan yol” teatr tamaşasının məqsədi də dahi şəxsiyyətin örnək dolu fəaliyyətini təbliğ etmək, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbəni yeni nəslə çatdırmaqdır.
Çıxış edənlər, həmçinin bu cür ictimai-siyasi, mədəni əhəmiyyətli, vətənpərvərlik ruhunun təbliğinə yönəlmiş təşəbbüslərin gələcəkdə də davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Çıxışlardan sonra “Heydər Əliyev və tarixi Zəfərə aparan yol” teatr tamaşası nümayiş olunub, incəsənət xadimlərinin ifasında musiqi nömrələri səsləndirilib.