Menu
Xəbər Lenti
Zelenski Vaşinqtondadır
18-08-2025, 09:39

Zelenski Vaşinqtondadır

33 il tədavüldə...
15-08-2025, 10:01

33 il tədavüldə...

22 May 12:26Gündəm / Sosial

Sumqayıtda ana üç uşağını və özünü zəhərlədi

 

Sumqayıtda üçü uşaq olmaqla bir ailənin dörd üzvü zəhərlənib.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin 13-cü mikrorayon ərazisində qeydə alınıb.

Belə ki, 1988-ci il təvəllüdlü İsgəndərova Sevgül Əllədin qızı yaşadığı mənzildə dərman vasitəsi ilə üç uşağını zəhərləyib.

Daha sonra o özü də həmin həbləri qəbul edərək zəhərlənib.

Zəhərlənən uşaqlar, 2017-ci il təvəllüdlü Y.N.Süleymanov, 2007-ci il təvəllüdlü N.N.Süleymanova və 2016-ci il təvəllüdlü N.N.Süleymanov o cümlədən anası S.İsgəndərova Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinə yerləşdiriliblər.

Ananın vəziyyəti qənaətbəxş olsa da, azyaşlılar xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı araşadırma aparılır.

***

Sumqayıtda zəhərlənən şəxslər xəstəxanadan evə buraxılıb.

Ana və onun üç uşağının vəziyyətinin qənaətbəxş olduğu bildirilib.