Menu
Xəbər Lenti
Bəzi rayonlara leysan yağıb
12-07-2024, 09:15

Bəzi rayonlara leysan yağıb

Allah rəhmət eləsin
9-07-2024, 17:03

Allah rəhmət eləsin

Ukraynada matəm elan olundu
9-07-2024, 12:38

Ukraynada matəm elan olundu

04 Tem 14:27Gündəm / İqtisadiyyat

“Bakcell” ölkədə ilk dəfə VoWiFi texnologiyasını təqdim edib

bakcell-olkede-ilk-defe-vowifi-texnologiyasini-teqdim-edib

“Bakcell” şirkəti Azərbaycanda ilk dəfə olaraq Wi-Fi üzərindən zəng xidmətini - VoWiFi (Voice over Wi-Fi) texnologiyasını istifadəyə verib. Yeni xidmət ölkə xaricində olan abunəçilərə smartfonda Wi-Fi şəbəkəsi aktiv olduğu halda dünyanın istənilən yerinə Azərbaycandakı tarif ilə zəng etmək imkanı verəcək.

Bunun üçün ölkə xaricində olarkən rouminq və VoLTE / VoWiFi xidmətlərinin aktiv olması kifayətdir.

VoWiFi xidmətinin üstünlükləri nələrdir?

-VoWiFi xidməti ilə abunəçi xaricdə olarkən daxil olan rouminq zənglərini tamamilə pulsuz qəbul edə biləcək.

-Şəbəkənin olmadığı yerlərdə belə, WiFi üzərindən mobil nömrə ilə yüksək keyfiyyətli zəng etmək mümkün olacaq.

-Xaricdə olarkən VoWiFi xidməti ilə edilən zənglərə Azərbaycandakı tarif tətbiq edilir. Bu isə beynəlxalq zənglərdə əlavə xərclərə qənaət etməyə kömək edəcək.

Smartfonun VoWiFi texnologiyasını dəstəkləməsini *309# kodunu yığmaqla yoxlamaq olar. Ətraflı məlumat bakcell.com/vowifi səhifəsində yerləşdirilib.

Qeyd edək ki, VoWiFi texnologiyası “Bakcell”in yeni brend strategiyasına daxil olan innovativ məhsullardan biridir. Şirkət qarşıdakı dövrdə bir sıra yeni məhsulları abunəçilərin ixtiyarına verməyi planlaşdırır.