Xəbər Lenti
18-10-2026, 09:08
“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
17-10-2026, 08:49
Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
16-10-2026, 18:23
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
16-10-2026, 15:01
Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsində dəyişiklik edilib

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”ndə dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.
Fərmana əsasən, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 15 aprel tarixli 510-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alınır:
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:
- 3.0.16-cı yarımbəndə birinci halda “dövlət” sözündən əvvəl “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 11.2-ci maddəsi nəzərə alınmaqla,” sözləri əlavə edilsin.
- 3.0.45-ci yarımbəndə “sağlamlaşdırılması,” sözündən sonra “sahibkarlığa dövlət köməyinin, o cümlədən” sözləri və “mühafizəsi,” sözündən sonra “Xidmətin maddi-texniki bazasının möhkəmləndirilməsi,” sözləri əlavə edilsin.






















































